Accessibility links

ABŞ ordusu Rusiyanın Əfqanıstandakı İŞİD militantlarının sayı ilə bağlı iddialarını inkar edir


Birləşmiş Ştatlar ordusu Moskvanın İslam Dövləti qrupunun Əfqanıstanda minlərlə döyüşçüsünün olduğuna dair iddiasını rədd edib, eyni zamanda isə Rusiya və İranı İŞİD-i Əfqanıstanda məğlub etmək üçün Talibanı deyil, Kabil hökümətini dəstəkləməyə çağırıb.

ABŞ-ın Əfqanıstandakı qüvvələrinin komandiri general Con Nikolson şənbə günü Rusiyanın Vaşinqtonu İŞİD-in Əfqanıstandakı militantlarının sayını qəsdən az göstərməkdə günahlandırmasına cavab verib.

“Rusiyanın Əfqanıstanda Daeş döyüşçüləri ilə bağlı söylədiyi rəqəm şişirdilib. Onların sayı təxminən 1500-dür,” deyə Nikolson Əfqanıstanın paytaxtında keçirilən mətbuat konfransı zamanı bildirib.

General bildirib ki, İŞİD militantları Əfqanıstanın şərqindəki Nangarhar və Kunar əyalətlərində fəaliyyət göstərir, eləcə də onların şimali Covzcan əyalətində mövcudluğu var.

Nikolson deyib ki, Əfqanıstan qüvvələri ABŞ-ın terrora qarşı mübarizə aparan qoşunları və hava qüvvələrinin dəstəyi ilə hər üç əraziyə hücum edir.

“Biz son iki ildə onların sayını iki qat azaltmışıq. Biz onların ‘əmirlərini’ (başqanlarını) öldürümüşük, nəzarət etdikləri əraziləri kiçiltmişik, ölkənin bəzi yerlərindən döyüşçülərini çıxarmışıq,” deyə general izah edib. O həm də NATO-nun Əfqanıstandakı hərbi missiyasına başçılıq edir.

Moskvada çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, hazırda Əfqanıstanın şimal və şərq bölgələrində minlərlə İŞİD terrorçusu var və onlara Suriya və İraqdan qaçan militantlar qoşulur.

İŞİD “yayılması” ilə bağlı suallar var

Qonşu Pakistan və İrandakı rəsmilər də İŞİD-in Əfqanıstanda sürətli şəkildə yayılması ilə bağlı narahatlıqlarını dilə gətirib. Pakistan rəsmiləri deyir ki, Pakistana qarşı artan terror hücumları İŞİD-in sərhədin Əfqanıstan tərəfindəki sığınacaqlarında planlaşdırılır.

Nikolson İŞİD sıralarında xarici döyüşçülərin olduğunu etiraf edib, amma onların sayının “çox az” olduğunu deyib və əlavə edib “biz Suriya və İraqdan Əfqanıstana xarici döyüşçü axınına şahid olmamışıq.”

Amerikalı general İŞİD-in Əfqanıstan qolunun bir müddət ərzində Suriya və İraqdan maliyyə dəstəyi və göstəriş aldığını bildirib. Lakin koalisiya qüvvələri həmin ölkələrdə İŞİD-in sayını azaltdığı üçün dəstək artıq azalıb.

Bu həftənin əvvəli Moskvada çıxış edən Lavrov bir daha deyib ki, “kimə məxsus olduğu bilinməyən, amma böyük ehtimal ilə NATO-nun əlaqəsi olduğu helikopterlər qiyamçıların qərargahlandığı ərazilərə uçur, lakin heç kəs bunun səbəbini hələ ki, açıqlaya bilməyib.”

İranın lideləri və ordu rəsmiləri də son günlərdə ABŞ-ı gizli şəkildə Əfqanıstanda İŞİD-in mövcudluğunu artırmaqda günahlandırıb.

Lakin Amerika və Əfqanıstan rəsmiləri Moskva, Tehran və İslamabadı Taliban qiyamçılarına hərbi dəstək verməkdə ittiham edir. Pakistan rəsmiləri onlar ilə hər hansı əlaqələrinin olduğunu inkar edir, Rusiya və İran isə Talibanla münasibətlərinin onları Əfqanıstan höküməti ilə sülh danışıqlarına təşviq etmək məqsədi daşıdığını deyir.

ABŞ rəsmiləri bu iddialara skeptik yanaşır və Rusiyanın müdaxiləsini beynəlxalq ictimaiyyətin Əfqanıstanı təhlükəsiz və sabit etmək missiyasına xələl gətirmək səyləri olaraq görür.

Rusiya və İranın Talibanı Əfqanıstanda hökümətin nəzarətinin zəiflədiyini bir vaxt artan İŞİD təhlükəsinin qarşısını alan qüvvə olaraq gördüyü deyilir.

General Nikolson bu iddiaları “yalan” adlandırıb və deyib ki, Əfqanıstan qüvvələri ABŞ-ın dəstəyi ilə İŞİD-in gücünü effektiv şəkildə azaldıb və regional oyunçular onların terror qrupunu məğlub etmək səylərinə yardım etməlidir.

NATO-nun Avropa üzrə ali komandiri ABŞ generalı Körtis Skaparrotti Rusiya, İran və regiondakı digər ölkələri Əfqanıstanda sabitliyi təmin etmək üçün beynəlxalq səylərə qoşulmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG