Accessibility links

ABŞ seçkiləri və haker hücumları [Video]


ABŞ seçkiləri və haker hücumları
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Seçki saxtakarlığı, siyasi hakerlik 2016-cı il prezident seçkiləri zamanı müzakirə olunan məsələlər arasındadır.

Miçiqan Universitetinin magistr tələbəsi Matt Bernhardın səsvermə aparatını açması üçün bir alətə ehtiyacı var. Bu, qələmdir.

Bu aparatlardan 20 ştatda istifadə olunur.

Açandan sonra qapının arxasında səslərin yazıldığı yaddaş kartı yerləşir.

“Seçki məntəqəsinə səs vermək üçün gəlib, səsvermə aparatındakı yaddaş kartını çıxarıb, başqa bir kart taxıb, zərərli proqram yükləmək olar.”

“Təkcə bu deyil. Biz həmçinin səsvermə aparatı üçün virus yaratmışıq ki, bu virus sakitcə bir aparatdan digərinə keçə və beləliklə bütün seçki dairəsində, hətta bütün ştatda səsverməni saxtalaşdıra bilər.”

Aleks Halderman Miçiqan Universitetinin kompyuter elmləri professorudur.

O, 10 ildir elektron səsvermə aparatlarını araşdırır.

“Mən səsvermə sistemləri ilə işləməyə başlayanda problem bir qədər nəzəri idi. Kimsə hakerlik edib səslərə müdaxilə edə bilərdi. Ancaq son 10 ildə “haker-ölkələrin” çoxalması bu riski daha da artırıb.”

Səsverməyə ləkə gətirmək üçün hakerlərin səsləri oğurlamağa da ehtiyacı yoxdur.

“2014-cü ildə Ukraynada Rusiya ilə əlaqəsi olan hakerlər mərkəzi seçki hesablama sisteminə daxil olub və səsverməni etibardan salmaq üçün sistemin səhv nəticələr göstərməsini təmin etməyə çaılşıblar. ABŞ-da da bu təhlükə realdır.”

Hakerlər həmçinin seçici siyahısını dəyişə bilərlər ki, qeydiyyatdan keçən seçicilərin səs verməsinin qarşısı alınsın.

Terri Burton Ohayo ştatının Vud Qraflığının seçki komissiyasının başçısıdır. Onun işi seçkinin problemsiz keçməsini təmin etməkdir.

Əsas təhlükəsizlik tədbiri isə odur ki, bu aparatlar seçicilərin səslərinin kağız nüsxəsini çıxarır.

“Biz kağıza baxıb, yaddaş kartındakı elektron məlumatın doğru-olub olmadığını yoxlaya bilərik.”

Ancaq seçicilərin hamısının bu kağızı yoxlayıb-yoxlamadıqları aydın deyil.

Ölkə boyu seçicilərin dörddə biri ehtiyat kağız nüsxəsi olmayan aparatlarda səs verəcək.

Ancaq bütün ölkədəki aparatlarda hakerlik etmək çətindir. Ona görə də ekspertlər deyir ki, hakerliyin hər hansı effekti cüzi olacaq.

Burton buna görə çox narahat deyil.

“Mən rəqabətin çox gərgin olmayacağına ümid edirəm.”

Ancaq Ohayo və digər mühüm ştatlarda keçirilən rəy sorğuları Tramp və Klinton arasında fərqin çox az olduğunu göstərir.

XS
SM
MD
LG