Accessibility links

ABŞ səfirliyi: Birləşmiş Ştatlar Azərbaycanın suverenliyini hər zaman dəstəkləyib


ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanatla çıxış edib.

Sənəddə deyilir:

Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini hər bir zaman dəstəkləmişdir. Müstəqilliyini əldə edən Azərbaycana müxtəlif yönəmdə dəstək nümayiş etdirən Birləşmiş Ştatlar gələcəkdə də suveren tərəfdaşlıq münasibətlərinin inkişafına dair öhdəliyə sadiq olacaq. İnanırıq ki, demokratiya, iqtisadi inkişaf və təhlükəsizlik kimi sahələr Azərbaycanın uzun müddətli tərəqqisi üçün önəmlidir. Biz sözügedən sahələrdə əməkdaşlıq təkliflərimizi davam etdirərək müsbət addımları alqışlayacağıq. Ümidvarıq ki, Azərbaycan insan haqqları və digər sahələrdə üzərinə götürdüyü öhdəlikləri həyata keçirərəcək, uğur və azadlığın nümunəsi olmaq üçün mühüm potensialını istifadə edəcək.

Xatırladaq ki, ABŞ səfirliyinin bəyanatı Azərbyacan Prezident Adminsitrasiyasının rəhbəri Ramiz Mehdiyevin Amerikanın ciddi tənqidi yer almış 62 səhifəlik məqaləsinin dərcindən bir neçə gün sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG