Accessibility links

Şaxta havalar donvurma və buzdan xəsarət alanların sayını artırır [Video]


Şaxta havalar donvurma və buzdan xəsarət alanların sayını artırır
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Şimali Amerikanı bürüyün şaxta havalar, ağır qar yağıntısına və buzların yarınmasına səbəb olmaqlar insan həyatına təhlükə yaradır. Budəfəki şaxtalar Cənubi Texasdan Kanadaya, Montanada Yeni İngiltərərəyə qədər ərazini əhatə edir.

Bəziləri üçün belə soyuqlar əyləncəlidir. Xüsusilə də az qar yağan ştatlarda yaşayan uşaqlar üçün.

Leysi Daf, Savanna, Corciya ştatı: “Onlar bunu sevirlər. Düşünürlər ki, bu əladır. Onlar keçən gecə həyətə çıxaraq, qar ilə oynadılar. Bu isə soyuğun böyük həvəskarı deyil. Biz daha isti havaya öyrəşmişik. Bu bizim ilk qar tufanımızdır.”

Digərləri üçünsə soyuq təhlükəlidir. Kəskin soyuqlar ondan çox insanın ölümünə səbəb olub. Donvurma ən böyük narahatlıqlardan biridir.

Dr. Kristofer Sampson, Missuri Universiteti: “İnsanlar donmurmanın simptomlarını çox tez hiss edirlər. Orta güclü küləklər və soyuq hava hərarəti zamanı bu 30 dəqiqədən az müddətdə baş verə bilər. Daha ağır şəraitdə isə, hava həqiqətən çox soyuq olanda və küləklər çox güclü olanda, donvurma 5 dəqiqədən də az müddətdə baş verə bilər.”

Külək də vacib meyardır. Güclü külək hava hərarətini -51 dərəcəyə qədər hiss elətdirə bilər. Donvurmanın dəriyə vurduğu ziyandan da ağır fəsadları ola bilər.

Dr. Edvard Uard, Raş Universiteti: “Hava temperaturu sıfırdan aşağı düşəndə, xüsusilə də külək meyarı əlavə olanunda əşyalar donur. Bu bədənimizdəki mayeyə də aiddir. Bizim barmaqlarımız, burnumuz, qulaqlarımız və açıqda olan digər bədən hissələrimiz donvurmaya məruz qala bilər.”

Uard deyir ki, donvurma insanların küçədə planlaşdırdıqlarından çox olanda baş verir. Şaxta hava buz yaradır. Bu da öz növbəsində insanların sürüşüb, yıxılmasına səbəb olur.

Dr. Kristofer Sampson, Missuri Universiteti: “Bu yəgin ki, insanların həyatına ən çox risk yaradan məqamdır. Onlar düşünürlər ki, buz yoxdur və addım atırlar, sonra isə sürüşüb, xəsarət alırlar. ”

Güclü küləklər, aşağı temperatur, duman, yağış və ağır qar yollarda olanlar üçün də çox təhlükəlidir. Federal Magistrallar İdarəsi bildirir ki, ABŞ-da yol qəzalarının 22 faizi hava ilə əlaqədardır. İnsanlara bildirilir ki, qarlı havada yolların təmizlənməsi və duz səpilməsi üçün yollara çıxmasınlar. Metereoloqlar deyirlər ki, soyuq hava həftənin sonuna kimi davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG