Accessibility links

ABŞ elçisi Şimali Koreyanı müzakirə etmək üçün Yaponiya və Taylanda səfər edəcək


ABŞ-ın Şimali Koreya siyasəti üzrə xüsusi nümayəndəsi Cozef Yun
ABŞ-ın Şimali Koreya siyasəti üzrə xüsusi nümayəndəsi Cozef Yun

ABŞ-ın Şimali Koreya üzrə elçisi növbəti həftə Yaponiya və Taylanda səfər edərək, son ballistik raket sınaqlarından sonra Pxenyana qarşı təzyiqlərin artırılmasını müzakirə edəcək. Bu barədə məlumatı cümə günü ABŞ Dövlət Departamenti yayıb.

Rəsmən Koreya Xalq Demokratik Respublikası adlanan Şimali Koreya keçən həftə özünün ən güclü qitələrarası ballistik raketinin sınağını keçirib. Kommunist ölkənin rəsmiləri bildirirlər ki, bu cihaz ABŞ-ın qitə ərazisinə çata biləcək gücdədir.

ABŞ-ın Şimali Koreya siyasəti üzrə xüsusi nümayəndəsi Cozef Yun 11-15 dekabr tarixlərində Yaponiyada və Taylandda səfərdə olacaq. Xüsusi nümayəndə həmin ölkələrin rəsmiləri ilə raket sınaqlarından sonra KXDR-ə təzyiqlərin artırılmasını müzakirə edəcək.

Şimali Koreya ilə bağlı gərginlik son aylar ərzində ölkənin nüvə və ballistik raket proqramını intensivləşdirdiyindən sonra artıb. Keçən həftə keçirilən sınaqlardan sonra ABŞ müharibə olacağı halda Şimali Koreyanın “tamamilə məhv ediləcəyi” ilə bağlı xəbərdarlıq edib.

ABŞ son həftələr Şimali Koreya ilə bağlı qarışıq siqnallar göndərib. Dövlət katibi Reks Tillerson Vaşinqtonun Pxenyan ilə ünsiyyət kanalı qurmaq istəyi olduğunu bildirsə də, prezident Tramp Twitter vasitəsilə bu cəhdlərin vaxt itkisi olduğunu demişdi.

XS
SM
MD
LG