Accessibility links

ABŞ Şimali Koreya ilə danışıqların yalnız nüvəsizləşdirməyə həsr edilməli olduğunu deyir [Video]


ABŞ Şimali Koreya ilə danışıqların yalnız nüvəsizləşdirməyə həsr edilməli olduğunu deyir
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Şimali Koreyanın Olimpiya cazibəsinin ölkə haqqında müsbət təəsürat yaratmasına kömək etdiyi görünür. ABŞ dialoqla bağlı yeni imkanları haqqında danışsa da, Vaşinqton Pxenyana qarşı maksimum təzyiq kampaniyasını davam etdirir.

Suzan Tornton, ABŞ dövlət katinin köməkçisi vəzifəsinə namizəd: “Biz təzyiqlərin təsir edəcəyini gözləyirdik. Təzyiqlərlə bağlı yumşalma olmayacaq. Əməkdaşlıq üçün qapını açıq saxlamışıq. Biz dialoqun bir mövzuya – nüvəsizləşdirilməyə həsr edilməsini istəyirik.”

Tornton deyib ki, Koreya yarımadasında keçirilən nüvə sınaqlarına hərbi cavab strategiyası yoxdur. Əlavə edib ki, diplomatiya bir nömrəli prioritetdir.

Dövlət Departamenti deyir ki, nüvə aqresiyasını dayandırmaq və danışıqlara cəlb olunmaq Şimali Koreyadan asılıdır.

Hezer Nauert, Dövlət Departamenti sözçüsü: “Biz danışıqlar üçün qapını açıq saxlayırıq. Biz bu danışıqların yalnız nüvəsizləşdirilməyə həsr edilməsini istəyirik. Bizim siyasət dəyişməyib. Bizim siyasət həminkidir. Ümumi məqsəd nüvəsizləşdirmədir. ”

Vaşinqton rejim dəyişikliyi haqqında danışmasa da, təhlilçilər deyir ki, ABŞ Çin ilə mümkün münaqişə ssenariləri haqqında müzakirə aparmasına ehtiyac duyur.

Bonni Qleyzer, CSIS: “Çin ilə danışmaq istəməyimiz səbəblərdən biri odur ki, Şimali Koreyanın sınaq üçün istifadə etdiyi sahələrin bəziləri Çin sərhədi yaxınlığında, təxminən 100 km-liyindədir. Bununla bərabər, Birləşmiş Ştatlar düşünür ki, böhran zamanı Çin ABŞ qüvvlərinin Çin sərhədinə yaxınlaşmasını istəməz. ”

Bir həftə öncə, yüksək vəzifəli Çin diplomatı ABŞ dövlət katibi Reks Tillersonu əmin etdi ki, Pekin Şimali Koreyanın nüvə silahı proqramına son qoyması üçün təzyiqləri həyata keçirilməsinə sadiqdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG