Accessibility links

ABŞ və Şimali Koreya zirvə görüşünə ehtiyatlı optimizlə yanaşılır


Cənubi Koreyanın milli təhlükəsizlik rəhbəri Çunq Eui-yonq Şimali Koreya edilən səfər haqqında ABŞ prezidenti Donald Trampı məlumatlandırarkən.
Cənubi Koreyanın milli təhlükəsizlik rəhbəri Çunq Eui-yonq Şimali Koreya edilən səfər haqqında ABŞ prezidenti Donald Trampı məlumatlandırarkən.

Birləşmiş Ştatlar və Şimali Koreya arasında yüksək səviyyədə görüşün keçirilməsi ilə bağlı elan əksəriyyətdə təəccüb reaksiyası doğurub. Eyni cür reaksiyanı ABŞ-ın baş diplomatı da verib.

Cümə axşamı Koreya yarımadasında gərginliyin azalması xəbəri yayıldığı bir zaman ABŞ dövlət katibi Reks Tillerson Afrika turunda idi. Bu mövzuda müxbirlərin suallarını cavablandıran Tillerson bildirdi ki, ABŞ-Koreya arasındakı münasibətlərdə istənilən optimizmə ehtyatla yanaşmaq lazımdır və danışıqların yaxın müddətdə keçirmə ehtimalın azdır.

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unun danışıqlar dəvətini qəbul edəndə, Tillerson Cibutidə səfərdə idi.

Dövlər katibi müxbirlərə bildirib ki, “uyğun zaman gələndə” danışıqların keçirilməsinə həmişə açıq olduğunu və prezidentlə telefon danışığı zamanı Trampın bu vaxtın gəldiyi qənaətində olduğunu bildirib.

Danışıqların keçirilməsi elanı veriləndən bəri Vaşinqtondakı ABŞ qanunvericiləri, o cümlədən Çin, Yaponiya və Cənubi Koreya rəsmiləri irəliləyişi qeyd ediblər. Bununla bərabər, onlar danışıqların potensial nəticələri ilə bağlı ehtiyatlıdırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG