Accessibility links

ABŞ şirkətləri Azərbaycana gəlir


Azərbaycan və Amerika bayraqları
Azərbaycan və Amerika bayraqları

Amerikanın 9 şirkətinin nümayəndələri Bakıya səfər edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika Ticarət Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), habelə Türkiyədə yerləşən Amerika Biznes Forumu, Türk-Amerika Biznes Assosiasiyası və ABŞ-ın Türkiyədəki Kommersiya İdarəsi ilə birgə Türkiyədə çalışan doqquz Amerika şirkəti nümayəndələrinin noyabrın 25-26-da Azərbaycana ikigünlük səfərini təşkil edib.

Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, ABŞ-ın Türkiyədəki səfirliyinin ticarət məsələləri üzrə müşaviri Maykl Lalinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda biznes əlaqələri qurmaq, ölkədəki investisiya imkanları barədə məlumat almaq və yerli tərəfdaşlar tapmaq məqsədilə Azərbaycanın dövlət və özəl sektor nümayəndələri ilə görüşlər keçirib. Ticarət missiyasının nümayəndələri həmçinin ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan, Amerika Ticarət Palatasının direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu, AZPROMO-nun prezidenti Rüfət Məmmədov və Türkiyənin Azərbaycandakı səfiri Alpər Çoşqun ilə görüşlər keçirərək ABŞ şirkətlərinin regiondakı rolunun artırılması yollarını müzakirə edib.

"ABŞ şirkətləri Azərbaycanda enerji sahəsindən tutmuş kənd təsərrüfatı və aerokosmik sahələrə kimi cəlb olunub və Azərbaycanın iqtisadi inkişafa yönəltdiyi investisiyalar bu iqtisadi əlaqələrin gələcəkdə inkişafına yol açacaqdır. ABŞ səfirliyi daim Azərbaycan bazarına daxil olmaq, yerli tərəfdaş tapmaq və ya öz biznesini genişləndirmək istəyən ABŞ şirkətlərinə dəstəyini göstərir. Bu istiqamətdə inkişaf Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım etməklə bərabər bizim ikitərəfli əməkdaşlığımızı da gücləndirir”, Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan ticarət missiyasının səfərinə şərh verərək bildirib.
XS
SM
MD
LG