Accessibility links

ABŞ Suriyaya qarşı hücumu müdafiə edir [Video]


ABŞ Suriyaya qarşı hücumu müdafiə edir
please wait

No media source currently available

0:00 0:02:27 0:00

ABŞ rəsmiləri bazar günü Suriyaya qarşı raket hücumunu müdafiə edərək bildirib ki, onlar prezident Bəşər Əsədin qeyri-qanuni kimyəvi silah təsislərini hədəf alıb. Əsəd bu hücumları ölkəsinə qarşı təcavüz adlandırıb. Bəziləri də onun bu iddialarını dəstəkləyir. Birləşmiş Ştatlar və Fransa isə bildirir ki, onların əlində Suriya hökümət qüvvələrinin Dəməşq yaxınlığında üsyançıların nəzarət etdiyi əraziyə hücum zamanı qadağan olunmuş maddələrdən istifadə etdiklərinə dair təkzibedilməz dəlillər var.

Onların məqsədi Suriyadakı önəmli kimyəvi silah infranstrukturunu məhv etmək idi və onlar bunu etdi. Onlar həmçinin Suriya, Rusiya və İrana prezidentin qırmızı xəttinin olduğuna dair mesaj çatdırdı.
Sara Hakabi Sanders

Ötən cümə müttəfiq qüvvələrinin Suriyaya qarşı hücumunda Suriyanın kimyəvi silah tədqiqatı müəssisələri, anbarları və hərbi təsirsləri hədəf alınıb, mülki ərazilər ilə Rusiya qüvvələrinin olduğu yerlər isə yan keçilib. Birləşmiş Ştatlar, Fransa və Britaniya bildirir ki, bu hücumlar Suriyanın kimyəvi silah istehsal etmək imkanlarına xələl gətirib. Prezident Donald Trampın hücumdan sonra atdığı “Missiya Başa Çatdı” tviti tənqidçilərin qınaqlarına səbəb olub, çünki onlar tək bir hücumun dəyişikliyə səbəb olmayacağını deyir. Lakin ABŞ rəsmiləri bazar günü bu addımı müdafiə edib.

“Bizim, dünya olaraq, hücum edib, Suriyanın qarşısını almaq öhdəliyimiz var. Bu səbəbdən də Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə üç hədəfə hücum etdi. Biz həmin müəssisələrdə kimyəvi silahların saxlandığını və sınaqdan keçirildiyini bilirdik,” deyə ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert bildirib.

Ağ Evin mətbuat katibi deyib ki, Birləşmiş Ştatlar və müttəfiqləri məqsədilərinə nail olub.

“Onların məqsədi Suriyadakı önəmli kimyəvi silah infranstrukturunu məhv etmək idi və onlar bunu etdi. Onlar həmçinin Suriya, Rusiya və İrana prezidentin qırmızı xəttinin olduğuna dair mesaj çatdırdı,” Sara Hakabi Sanders bildirib.

Ağ Ev Trampın ABŞ-ın Suriyadakı rolu ilə bağlı aydın siyasət tərtib etmədiyinə dair tənqidləri rədd edib.

“O, İŞİD-i məğlub etmək istəyir. O, bunu dəfələrlə kəskin şəkildə dilə gətirib. Biz buna nail olmağa çox yaxınıq,” Hakabi Sanders söyləyib.

Sözçü deyib ki, Tramp həmçinin İranın regiondakı nüfuzunu və kimyəvi silahların yayılmasının qarşısını almaq istəyir.

Mən Fransanın BMT-nin aydın mandatı olmadan müdaxilə etməsinə ehiyatlı yanaşıram. Bunun Fransanın beynəlxalq səhnədəki nüfuzuna mənfi təsirləri ola bilər.
Kristian Jakob

Suriya və müttəfiqi Rusiya höküməti bu ayın əvvəli Dəməşq yaxınlığında üsyançıların nəzarət etdiyi əraziyə hücum zamanı zəhərli qazdan istifadə edildiyini inkar edib. Suriya prezident Bəşər Əsəd bazar günü Rusiyanın nümayəndə heyəti ilə görüşü zamanı raket hücumunu təcavüz adlandırıb.

Bir sıra digər ərəb ölkələri də bənzər reaksiyalar verib.

Bundan əlavə Avropadakı bəzi müxalif partiyalar da bu hücumun leqallığını sual edib.

“Mən Fransanın BMT-nin aydın mandatı olmadan müdaxilə etməsinə ehiyatlı yanaşıram. Bunun Fransanın beynəlxalq səhnədəki nüfuzuna mənfi təsirləri ola bilər,” deyə Les Republicains partiyasından Kristian Jakob bildirib.

Tramp administrasiyası deyir ki, ABŞ qoşunları İslam Dövləti, İran və kimyəvi silah təhlükələri aradan qaldırılanadək Suriyada qalacaq, lakin rəsmilər açıq-aydın bildirib ki, onların məqsədi Əsədi hakimiyyətdən devirmək deyil.

XS
SM
MD
LG