Accessibility links

Vitse-prezident Pens Türkiyədə həbs edilən amerikalılarla bağlı narahatlığını ifadə edib [Video]


Vitse-prezident Pens Türkiyədə həbs edilən amerikalılarla bağlı narahatlığını ifadə edib
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Vitse-prezident Pens Türkiyədə həbs edilən amerikalılarla bağlı narahatlığını ifadə edib

Türkiyə baş naziri Binali Yıldırım çərşənbə axşamı Vaşinqtona gəlib. Onun vitse-prezident Mayk Pens ilə görüşü planlaşdırılmışdı. Lakin Pens Texas kilsəsindəki qətliamda dünyasını dəyişənləri yad etmək üçün ştata səfər etdiyindən Ağ Ev görüşün vaxtını dəyişdi. Yıldırım boş vaxtdan istifadə edərək Vaşinqtonu gəzib. Görüş isə cümə axşamı baş tutdu.

Dövlət Departmanetinin sözçüsü Hezer Nauert bu fikirləri bildirib:

“Vitse-prezident həm də baş nazirə Türkiyənin qlobal təhlükəsizliyə və İŞİD-ə qarşı döyüşlərə verdiyi tövhələrə gərə təşəkkürünü bildirdi. Pens Türkiyənin PKK və digər terror təşkilatlarına qarşı mübarizəsində ABŞ-ın öhdəliyini vurğulayıb. Eyni zamanda vitse-prezident Türkiyədə xidmətdə olan Amerika vətəndaşlarının, o cümlədən jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının həbsi ilə bağlı dərin narahatlığını ifadə edib və həmin şəxslərin işlərində şəffaflığın təmin edilməsini çağırıb.”

Nauert Amerikanın Səsinə bildirib ki, Pens bir il öncə ABŞ-da yaşayan türkiyəli din xadimi Fətulah Güləni dəstəkləməsi ittihamları ilə həbs edilən Endrü Branson adlı amerikalı pastorun taleyi haqqında da sual ünvanlayıb. Sözçü əlavə edib ki, Pens insan hüquqları və dini azadlıqların təşviqində əzmlidir.

Ankaranı tərk etməkdən öncə Yıldırım deyib ki, o, Gülənin ekstradisiyası və 2016-cı ildə İrana qarşı sanksiyaların pozulmasına görə həbs edilən iş adamı Rza Zərrabın taleyini müzakirə etmək niyyətindədir.

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq şəkildə bildiriblər ki, onlar aralarındakı fərqləri unudub, ABŞ-Türkiyə münasibətlərini gücləndirmək istəyirlər. Lakin təhlilçi Gönül Tol deyib ki, Ərdoğanın qanunun aliliyinə baxışları fonunda bu çətin ola bilər.

“Hətta onlar aralarındakı problemləri həll etmək qərarı versələr belə, Trampın Vaşinqtonda Türkiyə haqqında geniş yayılmış münasibətə uyğun olmayan addım atmaq imkanı olmayacaq.”

Dövlət Departamenti Türkiyədə viza xidmətlərinin bərpasını elan etdi və bununla da ABŞ-Türkiyə münasibətlərinin inkişafına işarə etdi. Bir ay öncə hər iki ölkənin diplomatik missiyaları digər ölkənin vətəndaşlarına viza verməyi dayandırmışdı.

XS
SM
MD
LG