Accessibility links

ABŞ-ın Ukrayna üzrə elçisi Rusiya ilə danışıqlar aparılacağını təsdiq edir


ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Kurt Volker 26 yanvarda Dubayda Rusiya prezidentinin müşaviri Vladislav Surkovla danışıqlar aparacağını bildirib.

Volker Amerikanın Səsinin Ukrayna Xidmətinə bildirib ki, o, Dubaya getməzdən öncə şərqi Ukraynaya yollanacaq və daha sonra Kiyevdə dayanacaq.

Volker ötən noyabrda Belqrad şəhərində Surkovla görüşünü “geriyə addım” kimi dəyərləndirmişdi.

Danışıqlarda onun Ukraynaya təqdim oluna biləcək sülhməramlı qüvvələrin formatını müzakirə edəcəyi gözlənilir.

Ukrayna xarici işlər naziri Pavlo Klimkin bazar ertəsi keçirdiyi mətbuat konfransında danışıqların planlaşdırıldığını təsdiqləyib.

O, Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar açıqladığından sonra danışıqların necə gedəcəyinə ümidlə baxdığını söyləyib.

Pavlo Klimkin, Ukrayna xarici işlər naziri
Pavlo Klimkin, Ukrayna xarici işlər naziri

Onun sözlərinə görə, rəsmi Kiyevin “yeni ABŞ sanksiyalarından istifadə edərək” dayanıqlı sülh planına necə nail olunacağı barədə düşündüyünü söyləyib.

Volker ötən noyabrda Belqrad şəhərində Surkovla görüşünü “geriyə addım” kimi dəyərləndirmişdi.

"Bu alqışlanmalı və müsbət müzakirədir, lakin geriyə bir addım idi," deyə Volker o zaman Rusiyanın Donbasa BMT sülhməramlı qüvvələrinin gətirilməsinin əleyhinə çıxmasını xarakterizə etmişdi.

"Görək gələn görüşümüzdə nə baş verir," o demişdi.

XS
SM
MD
LG