Accessibility links

ABŞ Ukraynaya döyüş təyinatlı silahlar satacaq


ABŞ, Ukraynanın şərq ərazisində Rusiyanın dəstəklədiyi separatçılara qarşı döyüşlərdə ölkəni yardım məqsədilə döyüş təyinatlı silahlarla təmin edəcək.

ABŞ Dövlət Departamenti cümə günü yaydığı bəyanatda bildirib ki, onlar ölkənin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün uzunmüddətli müdafiə qabiliyyətinin artırması məqsədilə Ukraynanı müdafiə təyinatlı silahlarla təmin etmək qərarı veriblər.

Bəyanatda əlavə edilir ki, ABŞ-ın dəstəyi müdafiə xarakterlidir.

Elandan öncə ABC telekanalının yaydığı xəbərdə deyilirdi ki, satışına icazə verilən, 210 tank əleyhinə raketlərin və 35 raket buraxan quruğunun da daxil olduğu müdafiə paketinin ümumi dəyəri 47 milyon dollardır. Dövlət Departamenti, nəzərdə tutulan silahların arasında həmin qurğuların olduğunu təsdiq etməyib.

ABŞ prezidenti Donald Tramp Moskva ilə daha yaxşı münasibət qurmaq istədiyini bildirsə də, Kiyevlə əldə edilən silah satışı razılığı ABŞ və Rusiya arasındakı münasibətin yaxşılışmasına təhlükə yarada bilər.

Bu ayın əvvəli ABŞ dövlət katibi Reks Tillerson Rusiyaya xəbərdarlıq etmişi ki, Ukrayna ilə bağlı vəziyyət iki ölkə arasındakı münasibətlərin istiləşməsinə mane olan ən vacib səbəbdir.

XS
SM
MD
LG