Accessibility links

Co Bayden ABŞ-ın Ukraynaya dəstəyini ifadə edir [Video]


Co Bayden ABŞ-ın Ukraynaya dəstəyini ifadə edir
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Co Bayden ABŞ-ın Ukraynaya dəstəyini ifadə edir [Video]

Vitse-prezident ukraynalıları korrupsiyaya qarşı mübarizə aparmağa və xarici investorları ölkəyə cəlb etmək üçün islahatlar həyata keçirməyə çağırıb

ABŞ-ın Vitse-prezidenti Co Bayden Birləşmiş Ştatların Ukrayna iqtisadiyyatı və təhlükəsizliyinə dəstək verməyə davam edəcəyini vəd edib. Birləşmiş Ştatların Ticarət Palatasında keçirilən ABŞ-Ukrayna biznes forumunda çıxış edən Co Bayden ukraynalıları korrupsiyaya qarşı mübarizə aparmağa və xarici investorları ölkəyə cəlb etmək üçün islahatlar həyata keçirməyə çağırıb. Ukraynanın Baş naziri Arseni Yatsenyuk da forumda iştirak edib.

İnanıram ki, müvəffəq Ukrayna Avropanın gələn 15-20 ildə necə olacağını göstərəcək

Vitse-prezident Bayden deyib ki, Ukraynanın iqtisadi və siyasi inkişafı şərqi Avropa kimi Birləşmiş Ştatların da maraq dairəsindəndir.

“İnanıram ki, müvəffəq Ukrayna Avropanın gələn 15-20 ildə necə olacağını göstərəcək.”

Bayden Ukraynanı iqtisadi çətinliklərdən qurtarmaq üçün Birləşmiş Ştatların ölkəyə 470 milyon dollar dəyərində yardım edəcəyini və 2 milyad dollar borc pulla təmin edəcəyini deyib. O qeyd edib ki, iqtisadi islahatlar davam etdirilsə, ABŞ bu ilin sonu Ukraynanı daha 1 milyon kreditlə təmin edə bilər.

“Bu yardım Ukrayna iqtisadiyyatına inamın bərpası, enerji təhlükəsizliyinin artırılması, müstəqil medianın gücləndirilməsi, eləcə də məhkəmə sisteminin təkmilləşdirilməsinə, korrupsiyaya qarşı mübarizə, seçkilərin dəstəklənməsi və humanitar məsələlərin həllinə yönəlib.

ABŞ-ın vitse-prezident Rusiyanın Ukraynanı hərbi və iqtisadi cəhətdən zəiflətmək cəhdlərini qınayıb. O həmçinin Moskvanı Kiyevə təbii qaz təchizatını kəsməklə şantaj etməkdə ittiham edib, lakin onu da qeyd edib ki, Ukrayna Rusiyadan gələn birbaşa qaz təchizatından asılılığını 63 faizdən 15 faizədək azaldıb.

Co Bayden
Co Bayden

“Mən Ukraynanın qonşularını Ukraynanı başqa istiqamətdən qazla təmin etməyə razı salmaq məqsədilə şərqi Avropanın bir sıra liderləri ilə telefon danışıqları aparmışam. Qış yaxınlaşanda isə bu təchizatı daha da artırmağa çalışacağıq.”

Ukraynanın Baş naziri Arseni Yatseyuk ölkəsinin iqtisadiyyatının bərpa olunmasında xarici investorların böyük rol oynadığını deyib.

“Biz kreditorlarımızı bizimlə əməkdaşlığı davam etdirməyə çağırırıq. Ukrayna xalqını dəstəkləmək və Ukraynanın uğuruna kömək etməyin yolu budur. Ona görə də biz kreditorlarımızdan Ukrayna hökümətinin irəli sürdüyü təklifləri qəbul etmələrini və güzəşt əldə etmələrini istəyirik.”

Birləşmiş Ştatlar Rusiyanın zorakılığına qarşı Ukraynanın sərhədlərini qorumağa kömək etmək məqsədilə ölkəyə hərbi yardım göndərməyi nəzərdən keçirir.

XS
SM
MD
LG