Accessibility links

ABŞ və Kuba prezidenti əl sıxışdı - bu gün təkbətək görüşəcəklər [Yenilənib]


Panamada tam gücü ilə davam edən Amerika Sammitində Kuba prezidenti Raul Kastro ABŞ prezidenti Barak Obama haqqında müsbət sözlər danışaraq hamını təəccübləndirib.

Kubanın ABŞ barədə şikayətlərinin tarixi barədə uzun-uzadı danışdıqdan sonra cənab Kastro dayanaraq ABŞ liderindən üzvr istəyib və onu dürüst adam adlandırıb.

-----------

ABŞ prezidenti Barak Obama və Kuba prezidenti Raul Kastro bu gün Panama da keçirilən Amerika Sammitindən kənar təkbətək görüş keçirməyi planlaşdırır.

Bu, üz-üzə danışıqlar ABŞ və Kuba liderləri arasında 1956-cı ildən bəri ilk görüş olacaq. Görüş dekabr ayında prezidentlərin iki dövlət arasında əlaqələrin normallaşdırılmasını bəyan etməsindən sonraya təsadüf edir.

Dünən axşam sammitin açılış mərasimində cənab Obama cənab Kastro ilə əl sıxışıb. Bu jest on illərdir davam edən soyuq münasibətlərə son qoymaq cəhdlərinin simvolu hesab edilməyə başlayıb.

Obama və Kastri ilk dəfə iki il əvvəl Cənubi Afrika Respublikasının sabiq prezidenti Nelson Mandelanın dəfn mərasimində əl sıxışmışdılar.

Obama administrasiyası rəsmiləri dünən bildiriblər ki, bu təmas qeyri-rəsmi olub.

Ancaq bəzi şayiələrə görə prezident Obama bugünkü görüşdən Kubanı terroru dəstəkləyən ölkələr siyahısından çıxarmaq üçün istifadə edə bilər. Diplomatik əlaqələrin bərpasına dair danışıqlarda Kubanın adının bu siyahıdan çıxarılması tələbi fikir ayrılıqlarına səbəb olmuşdu.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG