Accessibility links

ABŞ vitse-prezidenti: "Mən də oğlumu itirmişəm"


Turkey US
Turkey US

ABŞ-da prezident seçkilərinə iki ay vaxt qaldığı bir vaxt namizədlər seçki kampaniyasının sürətini artırmağa davam edir. Kampaniyaların sayı artdıqsa, görüşlər zamanı baş vermiş maraqlı və qəribə halların da sayı artmaqdadır.

Belə maraqlı hadisələrdən biri bu günlərdə Hillari Klintonun kampaniyasına dəstək olmağa çalışan hazırki vitse-prezident Co Baydenin başına gəlib.

Klivlend şəhərində keçirilən görüş zamanı bir etirazçı Baydenin çıxışı yarıda kəsib.

"Mənim dostum ölüb" - deyə etirazçı bildirib: "Mənim bir dostum var idi, ölüb. Biz döyüşmüşük..."

Bu zaman etirazçının səsini batırmağa çalışan zaldakılar "Hillari, Hillari, Hillari" şüarları səsləndirməyə çalışsa da, Bayden həmin etirazçı ilə söhbəti davam etdirmək istəyib.

"Dayan, qulaq as, gör nə deyirəm", Bayden davam edib: "Yeri gəlmişkən əgər ciddisənsə..."

"Bəli, ciddiyəm, mənim dostum həlak olub" - deyə etiraz bildirib. Müşahidəçilər etirazçının bu sözləri deyərkən İraq müharibəsini nəzərdə tutduğunu və onun Klintonun xarici siyasətinə etiraz etdiyini ehtimal edir.

"Mənə qulaq asarsanmı?" - deyə bildirən Baydan nəfəs dərəndən sonra belə davam edib: "Mənim oğlum da həlak olub".

Daha sonra Bayden həmin şəxsi çıxışından sonra səhnə arxasında başbaşa söhbətə dəvət edib və etirazçı bununla razılaşıb.

Xatırladaq ki, Baydenin oğlu Beau da İraq müharibəsi veteranı olub və daha sonra Delaver ştatında baş prokuror vəzifəsində çalışıb. O, 2015-ci ildə beyin xərcəngindən vəfat edib. Vitse-prezident xüsusilə oğlunu itirəndən sonra emosional siyasətçi kimi tanınmağa başlayıb.

Müşahidəçilər onun seçkilərdə Demokrat Partiyasından Hillari Klintonun əsas rəqibi olacağını düşünsə də, o, son and seçkilərdə iştirakdan imtina etmişdi. Vitse-prezident oğlunun ölümünə işarə edərək, seçkilər iştirak üçün psixoloji cəhətdən hazır olmadığını bildirmişdi.

XS
SM
MD
LG