Accessibility links

ABŞ, Yaponiya və Cənubi Koreya rəsmiləri Seulda görüş keçirir


Birləşmiş Ştatlar, Yaponiya və Cənubi Koreyanın yüksək səviyyəli rəsmiləri şərşənbə günü Seulda görüş keçirib. Onlar Şimali Koreyanın nüvə proqramının yaratdığı təhlükələrin qarşısının alınması üçün əməkdaşlıq səylərini müzakirə edirlər.

ABŞ dövlət katibinin müavini Con Sullivan Cənubi Koreyanın xarici işlər naziri Kanq Kyunq-hva ilə görüşüb.

Sullivanın səfəri prezident Donald Trampın gələn ay regiona planlaşdırılan səfərindən öncəyə təsadüf edir.

Pxenyanın sentyabrın 3-də keçirdiyi altıncı və ən güclü nüvə sınağından və Yaponiya üzərindən iki raket uçurmasından, habelə Birləşmiş Ştatlar ilə Şimali Koreya arasında söz müharibəsindən sonra son həftələr Koreya yarımadasında gərginlik artıb.

XS
SM
MD
LG