Accessibility links

ABŞ vergidən yayınma hallarının qarşısını almağa çalışır


Prezident Barak Obama ABŞ şirkətlərindən sahiblərinin adlarını açıqlamasını tələb edən yeni qanun irəli sürüb.

Administrasiya bu qanunu cümə axşamı bu yaxınlarda yayılan “Panama Sənədlərinə” cavab olaraq irəli sürüb. Panama Sənədlərində gizli ofşor hesabları vasitəsilə beynəlxalq vergidən yayınma hallarının üstü açılıb.

ABŞ Maliyyə naziri Ceykob Lyu Konqresi ABŞ bank sistemində şəffaflığı artıracaq bu qanunu qəbul etməyə çağırıb.

"Panama Sənədləri"ndə adları hallanan dünya liderləri
"Panama Sənədləri"ndə adları hallanan dünya liderləri

“Birləşmiş Ştatların maliyyə əməliyyatlarını gizlədən və vergi öhdəliklərindən yayınmağa çalışanlara qarşı mübarizədəki güclü mövqeyini bərpa etməsi üçün əlavə qanuna ehtiyac var,” deyə Lyu konqres liderlərinə yazdığı məktubda bildirib.

Qanun layihəsində şirkətlərdən Vergi Nazirliyinə sahiblərinin adlarını açıqlamaları tələb olunur və qanun mühafizə orqanlarını bu məlumata çıxışla təmin edir.

İkinci qayda isə çox az sayda xarici şirkətlərin Vergi Nazirliyinə məlumat ötürməmələrinin qarşısını alacaq. Obama administrasiyası həmçinin ABŞ Senatının səkkiz vergi sazişinin ratifikasiya etməsini istəyir.

ABŞ, İsveçrə və Kamden Adaları vergidən yayınanlar üçün cənnətə çevrilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG