Accessibility links

ABŞ ZTE ilə razılığa gəlib


Birləşmiş Ştatların bildirdiyinə görə, Çinin telekommunikasiya nəhəngi ZTE şirkətinə qoyulan qadağalar ZTE-nin ticarət pozuntularına görə 1 milyard dollar cəriməni ödəyənə və əmanətə 400 milyon dollar qoyana qədər qüvvədə qalacaq.

ABŞ Ticarət Departamenti prezident Trampın göstərişi əsasında ZTE şirkətinin yenidən biznes fəaliyyətinə qayıtması üçün əldə etdikləri razılaşmanın detallarını paylaşıb.

Çin şirkəti ABŞ ilə razılaşmanın bir hissəsi olaraq ABŞ komponentlərini telekommunikasiya məhsullarında istifadə etdiyi və bu məhsulları İran və Şimali Koreya kimi ABŞ-ın ticarət embarqosu altında olan ölkələrə satdığı üçün 1 milyard dollar cərimə ödəməyə razı olub.

ZTE şirkəti həmçinin əlavə 400 milyon dollara əmanət qoymağa və iyulun ortalarına qədər bütün rəhbərliyi və idarə heyətini əvəz etməyə razılaşıb.

Respublikaçı və Demokrat qanunvericilər Trampın cəhdlərini yanlış hesab edərək, ZTE şirkətinin Şimali Koreya və İranla ticarət aparmasını ABŞ-ın milli təhlükəsizliyini hədə hesab edirlər.

Onlar həmçinin uzun zamandır Trampın ABŞ-ın istehsalat işlərini oğurlamaqda ittiham etdiyi Çin şirkəti ilə bağlı narahat olmasına təəccübləniblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG