Accessibility links

ABŞ Nəqliyyat komandanı Azərbaycan müdafiə naziri ilə danışıqlar aparıb


Azərbaycan müdafiə naziri Zakir Həsənov ABŞ Müdafiə Nazirliyinin Nəqliyyat komandanı Paul Cozef Selva ilə görüşüb
Azərbaycan müdafiə naziri Zakir Həsənov ABŞ Müdafiə Nazirliyinin Nəqliyyat komandanı Paul Cozef Selva ilə görüşüb

Görüşdə tərəflər arasında davam edən səmərəli hərbi əməkdaşlıq xüsusi vurğulanıb

Azərbaycan müdafiə naziri Zakir Həsənov ABŞ Müdafiə Nazirliyinin Nəqliyyat komandanı Paul Cozef Selva ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Zakir Həsənov bölgədəki vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının, ermənilərin kəşfiyyat-təxribat basqınlarının sayının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə məlumat verib.

Müdafiə naziri ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrindən və qarşılıqlı əlaqələrin genişlənməsindən məmnun olduğunu qeyd edib.

ABŞ Müdafiə Nazirliyinin Nəqliyyat komandanı isə Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirib və tərəflər arasında davam edən səmərəli hərbi əməkdaşlığı təqdirəlayiq nümunə kimi diqqətə çatdırıb.

XS
SM
MD
LG