Accessibility links

ABŞ səfirliyi Müstəqillik Günü münasibəti ilə qəbul təşkil edib [Video]


ABŞ-ın Müstəqillik Günü
ABŞ-ın Müstəqillik Günü

Qəbulda Azərbaycan hökuməti nazir müavini səviyyəsində təmsil olunub

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Müstəqillik Günü münasibəti ilə qəbul təşkil edib. Qəbulda Bakıda akreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, deputatlar, ictimai və siyasi xadimlər, ziyalılar, vətəndaş cəmiyyətlərinin, ictimaiyyətin nümayəndələri iştirak edib.

Əvvəlki illərdən fərqli olaraq bu il iqtidarda olan siyasi partiyanın təmsilçiləri, nazirlər, nazir müavinləri Azərbaycan rəsmi hakimiyyətinin nümayəndələri qəbulda görünməyib. Hökumət Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq Amerikanın müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə nazir müavini səviyyəsində təmsil olunub.

ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta xatırladıb ki, 1776-cı il iyulun 4-də ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalandığı gündür.

ABŞ səfiri Robert Sekutaının Müstəqillik Günündə çıxışı
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Səfir bildirib:

“Mövzumuz “Kiçik şəhər Amerika” Birləşmiş Ştatlar (ABŞ) və bizim uğur haqda vacib reallığı bildirir. Ölkəmizin baniləri elə sistem yaradıb ki, insanlar rifah, sülh və sabitlik əldə etsin. Banilər elə dövlət yaradıb ki, insan haqları və hökumətin xalq qarşısında cavadehliyi olsun.

İki yüz otuz doqquz ildə Birləşmiş Ştatlar o qədər dəyişib ki, banilər bunu təsəvvür edə bilməzdi. Bizim idarəetmə sistemi ilə əlli yeddi dinc, demokratik hakimiyyət dəyişikliyi olub. Bu bizə müxtəlif çağırışlara cavab verməyə kömək edib. Biz bu sistemlə daha dinc, abad və sabit dünya üçün tərəfdaşlıqlar qurmuşuq.

Uğurun səbəbi yalnız sistem deyil. Bu bizi “Kiçik şəhər Amerika” mövzusuna qaytarır. Yeni tələblərə cavab vermək üçün xalqla hökumət institutlarının əməkdaşlığı var. Məncə, Amerikanın uğuru buna əsaslanır. Amerikalılar səs vermə və ictimai debatlarla idarəetmədə iştirak edir.

Onlar sual edir, rəsmilər və liderlər nə edir? Bizim uğurlu yolu xalqımız müəyyən edib. Bu proses bu gün də davam edir.

Azərbaycanda olan səfir kimi deyə bilərəm ki, azərbaycanlı dostlarımızın konstruktiv iştirakını bu prosesin bir hissəsi kimi bəyənirik. Biz ABŞ-Azərbaycan arasında güclü, müsbət əlaqələr qurmağa çalışırıq. Əminəm ki, hadisə və çağırışları düzgün qiymətləndirmə, daha yaxşısını etmək haqda dialoq və müzakirə indiki və gələcək məsələləri həll etməyə bizə kömək edəcək. Ölkələrimiz arasında dialoqda və tədbirdə iştirakınıza görə təşəkkür edirəm”, səfir qeyd edib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan hökuməti adından Amerika xalqını milli bayram münasibətilə təbrik edib. Diplomatik münasibətlərdən danışan nazir müavini bildirib ki, ikitərəfli əlaqələr ötən illər ərzində bir çox sahələrdə, xüsusilə iqtisadiyyat və təhlükəsizlik sahələrində inkişaf edib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun çıxışı
please wait

No media source currently available

0:00 0:04:56 0:00

O xatırladıb ki, iki ölkə arasında qlobal, regional təhlükəsizlik sahəsində və terrorizmə qarşı mübarizədə birgə əməkdaşlıq mövcuddur.

Nazir müavini deyib ki, Cənubi Qafqazda sabitliyə mane olan Dağlıq Qarabağ münaqişəsinin həllində, regionda sülhün bərqərar olmasında ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın öz səylərini artıracağına ümid edir.

İ.İsmayılov birinci Avropa Oyunları ilə əlaqədar yaradılmış Əməliyyat Komitəsinə cəlb edilən amerikalı mütəxəssislərin fəaliyyətinin alqışlandığını bildirib.

Nazir müavini daha sonra diqqəti boks turnirinə çəkib.

XS
SM
MD
LG