Accessibility links

ABŞ azərbaycanlı fəalların həbsindən narahatdır


 ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi N!DA Vətəndaş Hərəkatının fəalları Bayram Məmmədov və Qiyas İbrahimovun həbsi ilə bağlı bəyanatla çıxış edib. Sənəddə deyilir:

“Amerika Birləşmiş Ştatları Azərbaycan məhkəmələrinin geniş şəkildə siyasi motiv hesab olunan narkotik maddələrin saxlanılmasında ittiham olunmuş N!DA hərəkatının fəalları Bayram Məmmədov və Qiyas İbrahimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsindən narahatdır.

Biz, həmçinin, onların saxlanılan müddətdə pis rəftar olunmaları iddialarından narahatıq. Biz Azərbaycan hökumətini fundamental azadlıqlardan yararlandıqlarına görə həbs olunan cənab Məmmədov, cənab İbrahimov və digər şəxsləri azad etməyə çağırırıq.

Biz, həmçinin, Azərbaycan hökumətini dünən Ali Məhkəmə tərəfindən jurnalist Xədicə İsmayılovaya qarşı ölkədən çıxma qadağasına dair qərarını və onun barəsində yerdə qalan ittihamları aradan qaldırmağa çağırırıq”, bəyanatda deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG