Accessibility links

ABŞ səfiri mübadilə proqramları iştirakçılarının şərəfinə qəbul keçirib


ABŞ səfiri mübadilə proqramlarında iştirak edənlərin şərəfinə qəbul təşkil edib
ABŞ səfiri mübadilə proqramlarında iştirak edənlərin şərəfinə qəbul təşkil edib

İştirakçılar Amerikada təhsil almış və Azərbaycanda çalışan 5000-dən çox məzun qrupunu təmsil edib

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerika hökumətinin mübadilə proqramlarında iştirak edənlərin şərəfinə qəbul təşkil edib. Hər il məzunlar üçün təşkil olunan bu tədbirdə 250 nəfər qonaq, o cümlədən FLEX, UGRAD və Fulbrayt proqramlarının finalçıları, eləcə də müxtəlif ABŞ mübadilə proqramlarından qayıtmış məzunlar iştirak edir. İştirakçılar ABŞ-da təhsil almış və Azərbaycanda çalışan 5 000-dən çox məzun qrupunu təmsil edirlər.

Finalçıların minlərlə ərizəçilər arasından seçildiyini qeyd edən səfir Morninqstar bildirib ki, onlar “Azərbaycan cəmiyyətinin ən parlaq və ziyalı nümayəndələrinin bir hissəsini təşkil edirlər”.

Qəbul mərasimi zamanı Səfir Morninqstar Fulbrayt proqramında iştirak edən tələbələrə və təqaüdçülərə, eləcə də Məzunlar üçün Kiçik Qrant proqramının qaliblərinə ABŞ Dövlət Departamentinin proqramı müvəffəqiyyətlə bitirmə sertifikatlarını təqdim edib. O, kiçik qrant proqramının qaliblərinə öz şəxsi və vəzifə öhdəliklərindən əlavə vaxt tapıb könüllü şəkildə Azərbaycan cəmiyyətinə yardım etdiklərinə görə təşəkkür edib.

Qəbul Azərbaycanda səfərdə olan Amerika rok qrupu “Filligar”ın canlı ifası ilə başa çatıb. Bu musiqi qrupunun üzvləri ABŞ Dövlət Departamentinin İncəsənət Elçiləri adlı proqramının himayəsi altında Azərbaycanda səfərdədirlər.
XS
SM
MD
LG