Accessibility links

ABŞ səfiri Amerikanın şahmat komandasının üzvləri ilə görüşüb


Robert Sekuta
Robert Sekuta

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta avqustun 31-də 42-ci Şahmat Olimpiadasının başlanması münasibətilə Azərbaycan Şahmat Mərkəzində ABŞ milli şahmat komandasının üzvləri və yerli şahmatçılarla görüşüb.

ABŞ səfirlyinin məlumatına görə, səfir Sekuta bildirib ki, şahmat məntiqi təfəkkür üçün lazım olan önəmli bacarıqların formalaşmasına kömək edir.

“Şahmat qərarlar qəbul etməyi öyrədir, yaddaşı inkişaf etdirir, iradə qüvvəsini möhkəmləndirir, uşaqları qələbəyə həvəsləndirir və onlara məğlubiyyətin öhdəsindən gəlməyi öyrədir. Bu cür bacarıqlar sərhədləri aşır və bu kimi yarışlar dünyanın müxtəlif yerlərindən olan oyunçuların bir araya gəlməsinə kömək edir”.

Birləşmiş Ştatlarda şahmatın inkişafına Bencamin Franklindən başlayaraq ABŞ-ın keçmiş təhsil naziri Terrel Bellə qədər bir sıra müəllimlər tərəfindən dəstək verilib.

Cənab Sekuta Azərbaycanda şahmatın inkişafı istiqamətində Azərbaycan hökuməti və Azərbaycan Şahmat Federasiyası tərəfindən həyata keçirilən fəaliyyəti qeyd edib və iki ölkə arasındakı əlaqələrin qurulması baxımından bu cür tədbirlərin və təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Olimpiadada dünyanın müxtəlif ölkələrindən 1 600-dən çox oyunçu iştirak edir.

“Olimpiadada Amerikanın kişilər və qadınlardan ibarət olan komandaları iştirak edir. Fabiano Karuana, Hikaru Nakamura və Uesli So (hazırda dünyada müvafiq olaraq 3, 6 və 7-ci reytinq göstəricilərinə malikdirlər) kimi oyunçuların başçılıq etdiyi ABŞ-ın kişilərdən ibarət komandası açıq rəqabətdə bu günə qədər ən yüksək reytinqə malik olan komandadır və onlara böyük ustalıqla Sem Şankland və Rey Robson dəstək verir. Bakıda səfərdə olan Amerika komandası Birləşmiş Ştatlarda bu günə qədər olan ən gənc komandadır, belə ki, bütün oyunçuların yaşı 30-dan azdır və orta yaş həddi 24-dür. Hər ikisi dünyanın 40 aparıcı qadın şahmatçısı arasında yer alan İrina Kruş və Anna Zatonskihin başçılıq etdiyi ABŞ-ın qadınlardan ibarət komandası altıncı yerdə qərarlaşıb və 2008-ci ildə evə bürünc medal ilə qayıtdıqları möhtəşəm oyunu yenidən təkrarlamağı hədəfə alıblar”, ABŞ səfirliyi qeyd edir.

42-ci Şahmat Olimpiadası sentyabrın 1-dən 14-dək Bakıda keçirilir.

XS
SM
MD
LG