Accessibility links

ABŞ-ın milyonçu şəhərləri

Müstəqillik əldə olunan zaman ABŞ-da ümumi əhalinin sayı 2,5 milyon nəfər idi. 40. 000 sakini ilə Filadelfiya ən böyük şəhər sayılırdı, - bu gün isə şəhərin həmin sayda əhalisi ilə futbol stadionunun ançaq təxminən yarısını doldurmaq olar. Filadelfiyadan sonra 1776-cı ildə böyük şəhərlər - Nyu York (25.000 nəfər), Boston (15.000 nəfər), Çarlston (12.000 nəfər) və Nyuport (11.000 nəfər) idi.

ABŞ-ın Azərbaycandakı səfirliy facebook səhifəsində yaydığı məlumata görə, hazırda ABŞ əhalisinin sayı 322 milyondan çoxdur və Nyu York ən böyük şəhərdir, - demək olar ki, Nyu York şəhərinin əhalisinin sayı Azərbaycandakı ümumi əhalinin sayı ilə eynidir. Hal-hazırda ABŞ-ın ən böyük şəhərləri: Nyu-York (8.500.000 nəfər), Los-Anceles (3.900.000 nəfər), Çikaqo (2.700.000 nəfər), Hyuston (2.200.000 nəfər), və Filadelfiya (1.500.000 nəfər) şəhərləridir.

XS
SM
MD
LG