Accessibility links

Dövlət Departamenti vətəndaşlarına Avropa Oyunları ilə əlaqədar ayıq olmağı xatırladır


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar ölkə vətəndaşları üçün xatırlatma yayıb.

Oyunların ikinci yarısının da birinci hissəsi kimi uğurlu olacağına ümid ifadə edən Dövlət Departamenti “ABŞ-ın xaricdəki vətəndaşlarına qarşı terror aktı, nümayiş və digər zorakılıq aksiyaları təhlükəsinin” hələ də qaldığını xatırladır.

“Biz ABŞ vətəndaşlarını 9 yanvar 2015-ci il tarixində yenilənmiş müvafiq təlimatla tanış olmağa, ayıq olmağa və istənilən şübhəli fəaliyyət haqqında yerli hüquq-mühafizə orqanlarına və ABŞ səfirliyinə məlumat verməyə çağırırıq.

Azərbaycanda olan ABŞ vətəndaşlarının Dövlət Departamentinin Smart Traveler Enrollment Program (STEP) proqramında qeydiyyatdan keçməyi tövsiyyə edirik. Bu proqram təhlükəsizlik üzrə son yenilənmələrdən xəbərdar olmağa imkan verir və fövqəladə vəziyyətlərdə ABŞ səfirliyi ilə əlaqə saxlamağı asanlaşdırır. İnternetə çıxışınız yoxdursa bilavasitə ABŞ səfirliyinə ərizə verə bilərsiniz. Sizə Twitter və Facebook-da bizi təqib etməyi tövsiyə edirik”, deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, son illər Azərbaycanda ABŞ vətəndaşlarına qarşı bir neçə cinayət qeydə alınıb. Ən çox səs-küyə səbəb olan hadisə 2000-ci ilin noyabrında ABŞ Respublika İnstitutunun nümayəndəsi Con Elvisin yaşadığı evdə öldürülməsi olub.

XS
SM
MD
LG