Accessibility links

ABŞ-da Konqres seçkiləri keçirilir [Fotoqalereya] - Yenilənir

ABŞ-ın birinci xanımı Mişel Obama və Merelend ştatının qubernatoru, demokrat Entoni Braun Baltimordakı seçki məntəqəsində

 

 

 
1/6 ABŞ-ın birinci xanımı Mişel Obama və Merelend ştatının qubernatoru, demokrat Entoni Braun Baltimordakı seçki məntəqəsində      
Digər xəbərlər Show less
Oreqona ştatının Portland şəhərində seçkilər keçirilir

 

 
2/6 Oreqona ştatının Portland şəhərində seçkilər keçirilir    
Digər xəbərlər Show less
Respublikaçılar partiyasından namizəd Barbara Komstok Virciniya ştatının Sterlinq şəhərindəki seçki məntəqəsində

 

 
3/6 Respublikaçılar partiyasından namizəd Barbara Komstok Virciniya ştatının Sterlinq şəhərindəki seçki məntəqəsində    
Digər xəbərlər Show less
Nevada ştatının Las-Veqas şəhərində seçkilərə hazırlıqlar

 

 

 
4/6 Nevada ştatının Las-Veqas şəhərində seçkilərə hazırlıqlar      
Digər xəbərlər Show less
ABŞ vitse-prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden, senatorlar Mark Udall, və Maykl Bennet Kolorado ştatında kampaniya aparır

 

 

 
5/6 ABŞ vitse-prezidenti Co Baydenin həyat yoldaşı Cill Bayden, senatorlar Mark Udall, və Maykl Bennet Kolorado ştatında kampaniya aparır      
Digər xəbərlər Show less
Hillari Rodham Klinton Nyu-Hampşir ştatında seçki kampaniyası zamanı

 

 

 
6/6 Hillari Rodham Klinton Nyu-Hampşir ştatında seçki kampaniyası zamanı      
Digər xəbərlər Show less
Previous slide
Next slide

ABŞ-da seçicilər Konqresə ara seçkilərdə səs verməyə başlayıblar. Bu seçkilər prezident Barak Obamanın hakimiyyətinin son iki ilində Konqresə Respublikaçıların və ya Demokratların nəzarət edəcəyini müəyyənləşdirəcək.

Nümayəndələr Palatasına 435 yerin hamısı, Senata isə 100 yerin üçdə biri uğrunda mübarizə gedir. Əsas diqqət Senat seçkilərinədir, çünki siyasi analitiklər deyir ki, Respublikaçılar əlavə 6 yer əldə edərək çoxluğu ələ keçirməyi planlaşdırır. Seçkilərədək 55 yerə sahib cənab Obamanın təmsil olunduğu Demokrat Partiyası cüzi üstünlüklə çoxluğu əlində saxlayırdı.

Prezidentin reytinqinin 40 faizdən aşağı düşməsi ilə Respublikaçılar Partiyasının səs toplamaq üçün ən yaxşı imkanları Obamanın iki il əvvəl prezident seçkilərində məğlub olduğu ştatlardadır.

Nümayəndələr Palatasında isə Respublikaçıların əvvəlki çoxluğu bərpa edəcəyi, hətta üstünlüyünü genişləndirəcəyi gözlənilir.

XS
SM
MD
LG