Accessibility links

ABŞ Liviyada iki yaraqlı qrupu terrorçu təşkilat kimi tanıyıb


Birləşmiş Ştatlar Liviyada iki yaraqlı qrupu terrorçu təşkilat kimi tanıyaraq, 2012-ci ildə Benqazidə ABŞ konsulluğuna hücumun arxasında bu qrupların durduğunu bildirib.

Benqazidə və Darnah şəhərində mənzillənən hər iki qrupun adı Ənsar Əl-Şəriədir. Dövlət Departamenti hər iki qrupun liderinin qloabl terrorçu olduğunu elan edib.

2012-ci ildə sentyabrın 11-də Benqazidə ABŞ konsulluğuna hücum zamanı Birləşmiş Ştatların Liviyadakı səfiri Kris Stivens və daha üç Amerika diplomatını həyatını itirib. ABŞ rəsmiləri qrupların habelə mülki vətəndaşlara qarşı terror hücumları, Liviyada təhlükəsizlik qüvvələri və siyasi fiqurlara qarşı siu-qəsd cəhdlərində əli olduğunu bildirib.

Benqazidə hücum 2012-ci ildə ABŞ-da mühüm prezident seçki kampaniyası zamanı respublikaçıların Obama administrasiyasının hücuma cavabı və diplomatik missiyalarda təhlükəsizlik səviyyəsi ilə bağlı tənqidlərinə səbəb olaraq, müzakirə mövzularından birinə çevrilmişdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG