Accessibility links

ABŞ BMT-nin Şərqi Qutada atəşkəs tələb etməsini istəyir


ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli

Birləşmiş Ştatlar bazar ertəsi BMT Təhlükəsizlik Şurasından Dəməşqdə və üsyançıların nəzarətində olan Şərqi Qutada atəşkəsə əməl olunmasını tələb etməsini istəyib.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli xəbərdarlıq edib ki, Vaşinqton Təhlükəsizlik Şurasının Suriya ilə bağlı fəaliyyət göstərmədiyi halda hərəkət etməyə hazırdır.

Suriya prezidenti Bəşar Əsəd hökumətinin hərbi qüvvələri paytaxt Dəməşqi atəşə tutan “terrorçu qrupları” hədəf aldıqlarını bildirərək, Şərqi Qutada hərbi hücumlar keçirir.

BMT-in baş katibi Antonio QuterreşTəhlükəsizlik Şurasının iclasında çıxış edir, Nyu York, 12 mart, 2018.
BMT-in baş katibi Antonio QuterreşTəhlükəsizlik Şurasının iclasında çıxış edir, Nyu York, 12 mart, 2018.

Şərqi Qutadakı vəziyyət BMT-də “yer üzündə cəhənnəm” adlandırılıb.

Birləşmiş Ştatlar 15 üzvü olan Təhlükəsizlik Şurasının üzvlərinə dərhal 30 gün müddətində atəşkəsin tətbiq edilməsi ilə bağlı qətnamə layihəsini təqdim edib. Sənəddə həmçinin BMT-nin baş katibi Antonio Quterreş “hərbi əməliyyatların dayandırılmasına əməl olunması və mülki vətəndaşların hər hansı hərəkətinin monitorinq edilməsi üçün təkliflər hazırlamağa” çağırılır.

Qətnamə layihəsinin səsverməyə nə zaman qoyulacağı hələlik aydın deyil.

BMT-in baş katibi Antonio Quterreş atəşkəsə əməl olunmasını müzakirə etmək üçün Təhlükəsizlik Şurasında bazar ertəsi günü keçirilən iclasında çıxış edib.

Suriya hökumət qüvvələri Şərqi Qutada üsyançıların nəzarətində olan Harasta şəhərini bombardman edir, 12 mart, 2018.
Suriya hökumət qüvvələri Şərqi Qutada üsyançıların nəzarətində olan Harasta şəhərini bombardman edir, 12 mart, 2018.

Suriya üsyançılarının mühasirədə olan Quta şəhərinin şərqindəki əsas qruplarından biri bazar ertəsi Rusiya ilə Dəməşqin ətrafındakı bu ərazidən yaraqlıların çıxarılmasına dair razılaşma əldə etdiyini bildirib.

Suriya hərbi qüvvələri Rusiya hərbi qüvvələrinin dəstəyi ilə son aylar ölkə paytaxtının ətrafında hələ də müxalif döyüşçülərin nəzarətində olan əsas ərazilərin nəzarətini geri almaq məqsədilə Qutanın şərqində hücumları intensivləşdirib.

Suriyada vəziyyəti izləyən Britaniyada mənzillənən İnsan Hüquqlarını Müşahidə qrupu Şərqi Qutada mindən çox mülki vətəndaşın öldürüldüyünü bildirir.

XS
SM
MD
LG