Accessibility links

ABŞ Çini insan alveri ilə bağlı vəziyyətin ən pis olduğu ölkələr siyahısına salıb


Etnik uyğur oğlan Tailandın cənubundakı Sonqkhla vilayətində xilas edilmiş 200 insan alveri qurbanı ilə polis maşınında.
Etnik uyğur oğlan Tailandın cənubundakı Sonqkhla vilayətində xilas edilmiş 200 insan alveri qurbanı ilə polis maşınında.

Birləşmiş Ştatlar Çini dünyada insan alveri və məcbur əməklə bağlı vəziyyətin ən pis olduğu ölkələr siyahısına salıb. Bununla Çin İran, Şimali Koreya və Suriya kimi ölkələrlə bir sırada göstərilir.

ABŞ Dövlət Departamentinin insan alverinə dair illik hesabatında Çin ən aşağı-üçüncü qrupda olan ölkələr sırasında göstərilib. Hesabatda deyilir ki, Çinin insan alverinin qarşısının alınması üçün minimum standartlara əməl etmədiyi bildirilir.

ABŞ Pekinin insan alveri məsələsi ilə bağlı yalnız bəzi addımlar adığını bildirib. Lakin hesabatda deyilir ki, Şincan vilayətində uyğur kişi və qadınlar yerli rəsmilər tərəfindən məcburi əməyə məruz qalır. Çin rəsmilərinin çinli kişi, qadın və uşaqları daş-kömür mədənləri və zavodlar kimi müəssilərdə məcburi əməklə məşğul olmağa məruz qoymaqla yanaşı, hökumət nəzarətinin olmadığı qeyd edilir.

ABŞ Dövlət katibi Reks Tillerson insan alverinə dair illik hesabatının təqdimatı zamanı açıqlamalar verir
ABŞ Dövlət katibi Reks Tillerson insan alverinə dair illik hesabatının təqdimatı zamanı açıqlamalar verir

Hesabatda çinli qadın və qızların ölkə daxilində seksual təcavüzə məruz qaldığı deyilir.

Çinin insan alveri ilə bağlı vəziyyətin ən pis olduğu ölkələr sırasına daxil edilməsi Vaşinqton və Pekin arasında münasibətlərdə gərginliyi daha da artıra bilər.

Hesabatın açıqlamasından öncə Çinin Xarici İşlər nazirliyiinn sözçüsü Lu Kanq bildirib ki, Çin Birləşmiş Ştatların “məsuliyyətsiz açıqlamaları”na qəti şəkildə etiraz edir və Pekin insan alverinə qarşı bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsini istəyir.

ABŞ Dövlət Departamentinin illik hesabatında 22 ölkədə vəziyyət təhlil edilib. İnsan alveri ilə bağlı vəziyyətin ən pis olduğu ölkələr üçüncü qrupa aid edilir. Bu ölkələr Belarus, Beliz, Burundi, Mərkəzi Afrika Respublikası, Komoros, Konqo Demokratik Respublikası, Konqo, Ekvatorial Qvineya, Eritreya, Qvineya, Qvineya-Bisau, İran, Şimali Koreya, Mali, Mavritaniya, Rusiya, Cənubi Sudan, Sudan, Suriya, Türkmənisan, Özbəkistan və Venesualadır.

Hesabatda üçüncü qrupda göstərilən ölkələr Birləşmiş Ştatlarla mədəni mübadilə proqramlarında iştiraka qadağa kimi cəzalarla qarşılaşa bilər. Lakin ABŞ-ın əvvəlki prezidentləri vəziyyətin ən pis olduğu ölkələrə də bu proqramlarda iştirak etməyə icazə verib və prezident Tramp da eyni addımı ata bilər.

XS
SM
MD
LG