Accessibility links

"ABŞ Azərbaycan hökumətini Xədicə İsmayılovanı azad etməyə çağırır"


Birləşmiş Ştatlar hökumətinin nəzərini əks etdirən baş məqalə

Mükafata layiq görülmüş jurnalist və Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova Azərbaycan məhkəməsi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və səlahiyyətindən sui-istifadə etmə maddələri əsasında yeddi il yarım həbsə məhkum edilib. Məhkəmə iclasının sonunda xanım İsmayılova bildirib: “Məhz bu maddələrin seçilməsi təsadüfi deyildi. Axı mən bu maddələrdə təsvir olunan cinayətlər haqda çox danışmışam, çox yazmışam.”

Bu iş Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılması da daxil olmaqla insan hüquqlarının geniş şəkildə məhdudlaşdırılması hallarının artmasına daha bir misaldır.

Birləşmiş Ştatlar Xədicə İsmayılovanın həbsə məhkum edilməsindən dərin narahatlığını ifadə edib. ABŞ təhqiqat və məhkəmə zamanı şahidlərin ifadələrinin və digər sübutların istisna edilməsi də daxil olmaqla qanun pozuntuları haqda məlumatlardan narahatdır.

Bu iş Azərbaycanda mətbuat azadlığının məhdudlaşdırılması da daxil olmaqla insan hüquqlarının geniş şəkildə məhdudlaşdırılması hallarının artmasına daha bir misaldır. Azərbaycan prezidenti Əliyev özü bu yaxınlarda qeyd edib ki, kütləvi informasiya vasitələrinin azadlığı demokratik prinsiplərin ayrılmaz hissəsidir və onun pozulması Azərbaycanın maraqlarına ziddir.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner Azərbaycan hökumətini xanım İsmayılovanı və fundamental azadlıqlarından istifadə etdikləri ilə bağlı həbsdə olan başqalarını azad etməyə çağırıb. Birləşmiş Ştatlar həmçinin Azərbaycan hökumətini bütün vətəndaşlarının insan hüquqları və fundamental azadlıqlarını müdafiə və təşviq etmək kimi beynəlxalq öhdəliklərinə riayət etməyə çağırır.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG