Accessibility links

ABŞ İrandan ağır su alacaq


Alqı haqda razılıq nüvə anlaşmasının tərkib hissəsidir

Birləşmiş Ştatlar İrandan 32 ton ağırlığında nüvə silahlarının istehsalında istifadə olunan əsas komponentdən alacaq.

Cümə günü ABŞ Enerji Nazirliyi ağır su alqısını təsdiqləyib. Bu sudan silah dərəcəli plutonium hazırlamaq olur.

Nüvə proqramını məhdudlaşdırmaq əvəzinə bu plan İranı ABŞ-ın da təsdiqi ilə daha çox ağır su istehsal etməyə təşviq edir.
Ed Roys

Plan ABŞ, İran və digər rəsmiləri nüvə razılığının tətbiqini müzakirə etmək üçün Vyanada toplandığı zaman açıqlanıb.

ABŞ-ın İrandan ağır su alma planı Nümayəndələr Palatasınnın Xarici İşlər Komitəsinin sədri Ed Roys daxil olmaqla bəzi ABŞ qanuverivilərinin qınağına səbəb olub. Ed Roys nüvə razılaşmasının mümkün şaxələri barədə narahatlıqlarını ifadə edib.

“Obama administrasiyası yenidən İranın radikal rejiminə pul verir,” deyə Roys bildirib.

“Nüvə proqramını məhdudlaşdırmaq əvəzinə bu plan İranı ABŞ-ın da təsdiqi ilə daha çox ağır su istehsal etməyə təşviq edir.”

Digərləri isə ABŞ-a 8.6 milyard dollara başa gələn bu planı dəstəkləyirlər.

“Bu, hər iki tərəfin xeyrinədir,” deyə ABŞ Dövlət Departamentinin sözçüsü P.J. Krouli bildirib. Onun dediyinə görə, ABŞ-ın ağır sular alması nüvə razılığının əsas məqsədi, yəni İranın nüvə silahı istehsal etmək üçün tələb olunan vaxtı uzatmağı təmin edir.

Con Kerri və Məhəmməd Cavad Zərif
Con Kerri və Məhəmməd Cavad Zərif

Enerji nazirliyi ağır suyun ABŞ-da araşdırma və kommersiya məqsədilə ağır sudan istifadə edən alıcılara satılacağının gözlənildiyini, lakin hələ ki, heç bir satışın təsdiqlənmədiyini bildirir.

“Birləşmiş Ştatlar hər zaman İranın müştərisi olaraq qalmayacaq,” deyə Enerji Nazirliyinin bəyanatında bildirilir.

ABŞ rəsmiləri bu pul əməliyyatının “məhdud” olduğunu və “üçüncü ölkədəki maliyyə müəssisələri tərəfindən həyata keçiriləcəyini deyib. Nüvə razılığına əsasən İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyalar aradan qaldırılsa da, ABŞ sankiyaları həhlə də qüvvədədir. Bu isə İranın ABŞ-ın maliyyə siteminə çıxışının qarşısını alır.

Dövlət Departamenti bildirir ki, İranın “ağır suyu” ABŞ-a önümüzdəki həfətələr ərzində çatdıracağı gözlənilir. Departamentin sözçüsü Con Kirbi materalların radioktiv və təhlükəli olmadığını deyib.

Kirbi dövlət katibi Con Kerri və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin cümə günü Nyu-Yorkda görüşməyə hazırlaşdığını deyib.

Cümə axşamı Kirbi bildirib ki, iki rəsminin İranın sanksiyaların azaldılması və Suriya münaqişəsinin həlli kimi məsələləri müzakirə edəcəkləri gözlənilir

Kerri və Zərif İqlim Dəyişikliyi ilə bağlı razılığın imzalama mərasimində iştirak etmək üçün Nyu Yorkdadırlar.

XS
SM
MD
LG