Accessibility links

ABŞ İŞİD-in neft infrastrukturunu vurur [Video]


ABŞ İŞİD-in neft infrastrukturunu vurur
please wait

No media source currently available

0:00 0:01:24 0:00

ABŞ İŞİD-in neft infrastrukturunu vurur

ABŞ-ın başçılıq etdiyi koalisiya bu həftə Suriyada əl-Bukamalda apardığı əməliyyat zamanı 116 neft tankerini məhv etdiyini bildirib.

Paris hücumlarından sonra ABŞ-ın hərbi təyyarələri İslam Dövləti qrupunun maliyyə mənbələrini hədəf alıb. Çərşənbə günü Pentaqonun yaydığı yeni videoda Suriyada 100-dən çox neft tankerininin dağıdıldığı göstərilir. Bu tankerlər terrorçu qrupu maliyyələşdirilən nefti qaçaqmalçılıq yolu ilə daşıyıb.

ABŞ-ın başçılıq etdiyi koalisiya bu həftə Suriyada əl-Bukamalda apardığı əməliyyat zamanı 116 neft tankerini məhv etdiyini bildirib.

“Bu ani bir zərbə, neft yataqlarına nəhəg zərbələr dalğası kimi idi və onları məhv etdi.

Əl-Bukamal neft yatağı Suriyanın Deir əz-Zur rayonunda yerləşir. Koalisiyanın bildirdiyinə görə, İslam Dövləti qrupunun gəlirinin üçdə ikisi bu rayondan asılıdır. Yəni bu rayondan İslam Dövləti büdcəsində gündəlik 750 min dollar əlavə olunur.

“İŞİD-in əməliyyatlarının 50 faizi neft fondları tərəfindən maliyyələşdirilir və biz bunu onların əlindən almalıyıq.”

Daha öncə ABŞ sürücülərin adi Suriya vətəndaşları olduğunu düşündüyü üçün hava hücumlarını bu tankerlərə yönəltmirdi.

İŞİD-in əməliyyatlarının 50 faizi neft fondları tərəfindən maliyyələşdirilir və biz bunu onların əlindən almalıyıq

Ona görə də bu hücumlar başlamadan bir saat öncə koalisiya “hava hücumları başlayacaq” “neft tankerlərindən uzaqlaşın” deyə xəbərdarlıq edən vərəqələr atıb.

“Onların çoxu indi başa düşdü ki, İŞİD üçün neft keçirmək ötən həftəyə baxanda daha təhlükəlidir.

Koalisiya deyir ki, neft tankerlərindən tutmuş yataqlara kimi bu kimi hədəfləri bombalamaqda davam edəcək və beləliklə İslam Dövləti qrupunun neft gəliri zəncirini qıracaq.

XS
SM
MD
LG