Accessibility links

ABŞ-ın kəşfiyyat rəsmiləri: Rusiya ara seçkilərimizə müdaxilə etməyə çalışır


ABŞ-ın yüksək səviyyəli kəşfiyyat rəsmiləri bildirib ki, Rusiya ABŞ-da noyabr ayında Konqres seçkilərinə müdaxilə etmək niyyətindədir.

Milli Kəşfiyyat idarəsinin direktoru Dan Koats Senatın Kəşfiyyat komitəsində dinləmələr zamanı deyib ki, Rusiya ortamüddətli seçkilərə “öz əməliyyatlarını gücləndirmək üçün potensial hədəf “ kimi baxır.

Biz ən azı Rusiyanın propaqanda, sosial media, gizli agentlər, Moskvaya rəğbəti olan nyusmeykerlər və başqa vasitələrdən istifadə edərək, Birləşmiş Ştatlarda istimai və siyasi parçalanmanı gücləndirməyə çalışacağını gözləməliyik.

Dinləmələrdə həmçinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo, Milli Təhlükəsizlik agentliyinin direktoru Mayk Rocers, Federal Təhqiqat Bürosunun direktoru Kris Rey, ABŞ-ın Müdafiə naziriyinin kəşfiyyat idarəsinin direktoru Robret Eşli və Milli Coğrafiya-Kəşfiyyat idarəsinin direktoru Robert Kardillo iştirak edir.

“Xarici ölkələrdə seçkilər Rusiyaya öz maraqlarını açıq və gizli şəkildə irəlilətmək imkanları verən mühüm məqamlardır”, Koats bildirib.

Milli Kəşfiyyat idarəsinin direktoru Dan Koats
Milli Kəşfiyyat idarəsinin direktoru Dan Koats

“Biz ən azı Rusiyanın propaqanda, sosial media, gizli agentlər, Moskvaya rəğbəti olan nyusmeykerlər və başqa vasitələrdən istifadə edərək, Birləşmiş Ştatlarda istimai və siyasi parçalanmanı gücləndirməyə çalışacağını gözləməliyik”, o əlavə edib.

Koats Birləşmiş Ştatlar üçün ən böyük kiber təhlükənin Rusiya, Çin, Şimali Koreya və İran tərəfindən gəldiyini deyib.

Milli Təhlükəsizlik agentliyinin direktoru Mayk Rocers bildirib ki, Rusiyanın ABŞ-ın demokratik təsisatlarına müdaxilə əzmi “nə dəyişməyəcək, nə də ki dayanmayacaq”.

ABŞ qanunvericilərinə Birləşmiş Ştatlar üçün dünya boyu təhlükələr haqda məlumat verən kəşfiyyat orqanlarının rəsmiləri Birləşmiş Ştatların kəşfiyyat icmasının Rusiyanın 2016-cı ildə prezident Donald Trampın xeyrinə seçkilərə müdaxilə etməyə çalışdığı haqda 2017-ci ilin yanvar ayında çıxardığı nəticələrlə razı olduqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG