Accessibility links

ABŞ-da polis qaradərili uşağı vurduğuna dair video açıqlanıb


Amerikanın Ferquson şəhərində polisin qaradərili yeniyetməni silahla vurmasından sonra baş verən iğtişaşlar yatışır.

Eyni zamanda Ohayo ştatının Klivlend şəhərinin polisi mübahisəyə yol açan fərqli bir polis atışmasının videosunu yayıb. Videoda oyuncaq tapancanı havada oynadan 12 yaşlı uşağın polis tərəfindən öldürülməsi göstərilir.

Ferqusonda etiraz aksiyaları
Ferqusonda etiraz aksiyaları

Çərşənbə günü paylaşılan nəzarət kamerasının çəkdiyi videoda ötən şənbə 12 yaşlı qaradərili Tamir Raysın küçədə tapanca ilə oynadığı və telefonla danışdığı görünür. Daha sonra polis maşını onun yanına yaxınlaşır və bir neçə saniyə ərzində atışma baş verir. Videonun audiosu olmadığı üçün polislə uşağın bir-birlərinə nə dedikləri məlum deyil.

Rays bazar günü xəstəxanada dünyasını dəyişib.

Polislər uşağın qarşısını küçədən keçən bir şahidin 911 fövqəladə hallar xidmətinə zəngindən sonra kəsiblər. Şahid fövqəladə hallar xidmətinin işçisinə tapancanın saxta ola biləcəyini bildirib, lakin 911 dispetçeri bu məlumatı polisə çatdırmayıb.

Tamir Raysın oyuncaq tapancası
Tamir Raysın oyuncaq tapancası

Polis rəsmiləri bildirirlər ki, onlar bu videonu ailənin tələbindən sonra yayımlayıblar. Ailə videoda bir şeyin aydın göründüyünü bildirib, bu da polis zabitinin uşağa və onun oyuncaq tapancasına çox tez reaskiya verdiyidir.

Hər iki polis zabiti inzibati qaydada məzuniyyətə göndərilib. Hadisə araşdırılır.

Tamir Raysın ölümü ABŞ-da son vaxtlar baş verən ağdərili polisin qaradərili insanı vurma hallarından biridir. Maykl Braundan öncəki ən məşhur hadisə isə 2012-ci ildə floridalı yeniyetmə Treyvon Martinin ictimai asayişə nəzarət edən könüllü tərəfindən öldürülməsi idi. Maykl Braun kimi Treyvon Martininin ölümündən sonra da ölkəboyu etiraz aksiyaları keçirilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG