Accessibility links

ABŞ və Kuba iki ölkə arasında sərnişin təyyarələrinin uçuşlarını bərpa edir


ABŞ və Kuba rəsmiləri 50 ildən çox müddətdən sonra iki ölkə arasında təyyarə uçuşlarının bərpa etmək haqda razılıq əldə ediblər.

İki ölkənin nümayəndə heyəti bir neçə aydır üzərində işlədikləri razılığın detalları ilə bağlı razılığın əldə edilməsi məqsədilə bazar ertəsi günündən görüşlər keçirir.

American Airlines, Delta, United və JetBlue kimi ABŞ-ın bir neçə hava yolları şirkəti Kubaya uçuşların icra edilməsində maraqlı olduqlarını bildirib.

Razılıq ABŞ prezidenti Barak Obama və Kuba prezidenti Raul Kastronun bir il əvvəl iki ölkə arasında 1959-cu ildə kommunist lider Fidel Kastronun hakimiyyətə gəldiyi vaxt kəsilən diplomatik münasibətlərin bərpa edildiyini elan etməsindən sonra əldə edilib. Obama Kubaya səfərlərə məhdudiyyətlərin aradan qaldırıb, lakin ABŞ-ın ticarətə dair embarqosuna əsasən, ümumi turizmə icazə verilmir. Embarqo yalnız Konqres tərəfindən qaldırıla bilər.

Yahoo xəbər agentlyinə verdiyi müsahibədə prezident Obama deyib ki, gələn il hakimiyyətdə sonuncu il siyasi dissidentlərlə görüşə bilsə, Kubanı ziyarət etmək istərdi. Prezident səfərin baş tutması üçün kifayət qədər inkişafın əldə ediləcəyinə və “Kuba hökumətinin yeni istiqamətə yönəldilməsinə təkan veriləcəyinə” ümid bəslədiyini deyib.

Kuba rəsmiləri ABŞ prezidentinin Kubaya səfər edə biləcəyini, lakin Vaşinqtonla daha yaxşı diplomatik əlaqələr müqabilində ölkə daxili məsələləri müzakirə etməyəcəklərini bildiriblər.

XS
SM
MD
LG