ABŞ-da powerball lotereyasında 590 milyon yarım dolların uduşa düşdüyü bir bilet satılıb. Miyonlarla insan biletlə bağlı məlumatın açıqlanmasını gözləyir.
Lotereya rəsmiləri uduşa düşmüş biletin Florida ştatının cənub-şərqində bir mağazada alındığını bildirir. Biletin udmuş şəxsin kimliyi hələlik bəlli deyi.
İki ay ərzində qalibin olmadığı lotereya oyunu nəticəsində toplanmış bu böyük məbləğ noyabr ayında Powerball lotereyasında 587 milyon yarım dollarlıq rekordu ötüb keçmişdir.
ABŞ tarixində ən böyük məbləğ isə keçən il mart ayında uduşa düşmüşdü. Mega-Million lotereyasında 656 milyon dollar üç nəfər arasında bölüşmüşdü.