Accessibility links

Meksikadan ABŞ-a qeyri-qanuni keçməyə çalışanların sayı azalıb


Birləşmiş Ştatların Milli Təhlükəsizlik Nazirliyinin bugünkü açıqlamasında bildirilir ki, dekabr ayı ilə yanvar ayı arasında Meksikadan ABŞ-a keçməyə çalışan insanların sayı 36 faiz azalaraq, ilin ən aşağı səviyyəsinə düşüb.

Məlumatda dekabr ayında sərhədi keçməyə çalışanların sayının 37 min olduğu halda, yanvar ayında 23 min 767 nəfər olduğu deyilir. Nazirlik bu rəqəmlərin ölkəyə qanunsuz daxil olmaq istəyənlərin ümumi göstəricisi olduğunu bildirib.

Mühacirət orqanları bu ilin yanvar ayının əvvəllərindən bəri Birləşmiş Ştatlara qeyri-qanuni keçməyə çalışan ailələr arasında 121 nəfərini həbs edib. ABŞ-ın Milli təhlükəsizlik naziri Ceh Conson bu həbsləri sərhədddə saxlanılanların sayının azalması ilə əlaqələndirməyib. O, rəqəmlərin qənaətbəxş olduğunu, lakin bunun sərhəddə təhlükəsizlik əməliyyatlarının azalacağına işarə olmadığını deyib.

XS
SM
MD
LG