Accessibility links

ABŞ prezidentliyinə namizədlər vitse-prezident seçimlərini etməyə hazırlaşır


ABŞ prezidentliyinə Respublikaçı namizəd Donald Tramp vitse-prezidentliyə namizəd seçməyə çalışır. Onun artıq cümə günü öz seçimini elan edəcəyi gözlənilir.

Mümkün namizədlər arasında İndiana qubernatoru Mayk Pens, Nümayəndələr Palatasının keçmiş spikeri Nyut Qinqriç və Nyu Cersi qubernatoru Kris Kristi yer alır.

Bir zamanlar Trampın Respublikaçı rəqibi olan Kristi bu ilin əvvəli prezidentlik kampaniyasını dayandıraraq Trampa dəstəyini bildirib.

Respublikaçıların Milli Qurultayı gələn həftə Klivlenddə keçiriləcək.

Bu arada, prezidentliyə Demokrat partiyasının ehtimali namizədi Hillari Klinton da mümkün vitse-prezident seçimlərini nəzərdən keçirir. Demokratların qurultayı isə bu ayın sonu Filadelfiyada baş tutacaq.

Klintonun vitse-prezidentliyə namizədi olaraq Virciniya senatoru Tim Keyn və Massaçusets qubernatoru Elizabet Uorreni seçəcəyi ehtimal olunur.

Yeni rəy sorğularının nəticələri göstərir ki, Tramp seçkidə mühüm rol oynayan Florida, Pensilvaniya və Ohayo ştatlarında Klintondan önə keçir.

XS
SM
MD
LG