Accessibility links

ABŞ 114 siyasətçi və 96 oliqarxı  “Putin siyahısına” daxil edib


ABŞ-ın Maliyyə nazirliyi Konqresin mandatı ilə prezident Vladimir Putin hökumətinə yaxın Rusiya siyasətçiləri və biznes adamlarının adları, onların yüksək səviyyəli liderlərlə münasibətləri və sərvətlərinin göstərildiyi siyahını açıqlayıb.

Siyahıda adı olan 200 nəfərdən çox şəxsin heç birinə yeni sanksiyalar tətbiq edilməsə də, həmin şəxslərin bəzilərinin adı ABŞ-ın daha öncəki sanksiyalarında hallanırdı.

Keçən ilin avqust ayında ABŞ prezidenti Donald Trampın Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda prezident seçkilərinə müdaxiləsi ilə əlaqədaar cəzalandırılmasını nəzərdə tutan istəksiz imzaladığı qanun layihəsi Konqres tərəfindən yekdilliklə qəbul edilib. Tramp o zaman bildirmişdi ki, qanun layihəsi “uyğun olmayan tərzdə icraedici hakimiyyətin işinə müdaxilə edir, Amerika şirkətlərini zərbə altına qoyur və bizim Avropa müttəfiqlərimizin maraqlarına zərər vurur”.

Bu addımla Tramp administrasiyasına Rusiyanın baş naziri Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov və kəşfiyyat orqanlarının yüksək səviyyəli rəsmilərinin adlarının daxil olduğu siyahının hazırlanması üçün 180 gün müddətində vaxt verilir. Biznes adamları arasında alüminium maqnatı Oleq Deripaska, Sberbankın icraçı direktoru German Qref və Qazpromun icraçı direktoru Aleksey Millerin adları var.

Dövlət Departamentinin sözçüsü Heather Nauert
Dövlət Departamentinin sözçüsü Heather Nauert

Siyahıda özünün də adının olduğu Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın bu addımını “presedenti olmayan” adlandırıb və burada adları olan şəxslərin Birləşmiş Ştatların de-fakto düşməni kimi göstərildiyini bildirib.

Avqust ayında qəbul edilmiş qanun layihəsi ilə Tramp administrasiyasından Rusiya hökümətinin kəşfiyyat və ya müdafiə sektorları ilə “əhəmiyyətli münasibətlərə” malik olan şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi tələb edilir.

ABŞ Dövlət Departamenti bazar ertəsi günü Konqresi heç bir sanksiyanın tətbiq edilməyəcəyi ilə bağlı məlumatlandırdığını elan edib.

Dövlət Departamentinin sözçüsü Heather Nauert açıqladığı bəyanatında bildirib ki, administrasiyanın hesablamalarına görə, “xarici hökumətlər Rusiyanın müdafiə sektorunda planlaşdırılmış və ya elan olunmuş bir neçə milyard dollarlıq satışlardan imtina edib”.

Bəyanatda qanun layihəsinə cavab olaraq planlaşdırılmış tranksaksiyaları təxirə salan heç bir ölkənin adı göstərilməyib.

ABŞ-ın Nümayəndələr Palatasında nüfuzlu demokrat qanunvericiri Steni Hoyer administrasiyanın gətirdiyi dəlilləri qəbul etməyərək, sanksiyaların tətbiq edilməməsi və “Rusiyanın bundan sonra aqressiyasının qarşısını almaq üçün planın ortaya qoyulmaması” ilə bağlı narazılığını bildirib.

XS
SM
MD
LG