Accessibility links

ABŞ Rusiyanın İrana mümkün raket sistemi satışı ilə bağlı narahatlığını bildirir


Obama
Obama

Obama administrasiyası Rusiyanın İrana müasir S-300 raket sistemi satışı ilə bağlı narahatlığını ifadə edib.

Ağ Evin sözçüsü Coş Ernest deyib ki, administrasiya Rusiyanın mümkün satışına dair etirazını əvvəlcədən bildirib və Dövlət katibi Con Kerri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla söhbət zamanı məsələ əlaqədar narahatlığını ifadə etmək imkanına malik olub.

Coş Ernest Rusiyanın ABŞ-ın regionda müttəfiqlərinin təhlükəsizliyi məsələsinə ciddi yanaşdığını anladığını bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü Meri Harf deyib ki, İrana S-300 tipli raket müdafiə sistemi transferi BMT-nin mövcud sanksiyalarının pozulması olmaya bilər, lakin o əlavə edib ki, ABŞ regionda vəziyyəti nəzərə alaraq bunun üçün düzgün vaxt olmadığını hesab edir.

Kremlin veb səhifəsinə əsasən, Rusiya prezidenti Vladimir Putin 2010-cu ilin sentyabrında İranın yer-hava tipli müasir raket sistemi ilə təmin edilməsinə qoyulmuş qadağanın götürülməsi haqda sərəncam imzalayıb.

Qərarla bağlı izahat verən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib ki, İran və dünyanın altı qüdrətli dövləti arasında nüvə danışıqlarında inkişafın əldə edilməsi ilə Rusiyanın Tehranı S-300 tipli raket sistemi ilə təchiz etməsinə dair beynəlxalq embarqo və Rusiyanın öz tərəfindən qoyulmuş qadağa aradan qaldırılmış olur.

XS
SM
MD
LG