Accessibility links

ABŞ Rusiya rəsmiləri və Ukrayna separatçılarına qarşı yeni sanksiyalar tətbiq edib


ABŞ-ın maliyyə naziri Stiven Mnuçin
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin

Birləşmiş Ştatların Maliyyə nazirliyi Rusiyanın Krımı işğal etməsi ilə əlaqədar olaraq cümə günü Rusiya və Ukrayna vətəndaşlarına qarşı yeni sanksiyaların tətbiq edildiyini bildirib. Bununla amerikalıların bu şəxslərlə biznes əlaqələri qurmasına qadağa qoyulur və onların ABŞ-ın yurisdiksiyası altında bütün hesabları dondurulur.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, “ABŞ hökuməti Ukraynanın suverenliyi və ərazi bütövlüyünün saxlanmasına sadiq qalır və Minsk razılaşmalarını pozmağa cəhd göstərənləri hədəf alır.”

Maliyyə naziri atəşkəsə riyatə edilməsi, ağır silahların çıxarılması və seçki islahatının dəstəklənməsi kimi Rusiya və Ukraynanın üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan razlığa işarə edib.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, “ABŞ hökuməti Ukraynanın suverenliyi və ərazi bütövlüyünün saxlanmasına sadiq qalır.
Stiven Mnuçin

Rəsmi Vaşqintonun bazar ertəsi günü Rusiyaya qarşı 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə ilə əlaqədar sanksiyaların genişləndirildiyinə dair hesabatı açıqlayacağı gözlənilir. Kreml seçkilərə müdaxiləyə dair bu iddiaları rədd edir.

ABŞ Rusiyaya qarşı 2014-cü ildə Ukraynada Krımın işğalı və Moskvanın Ukraynanın şərqində separatçı üsyançılara dəstəyi ilə əlaqədar artıq sanksiyalar tətbiq edib.

Sanksiyalar siyahısına Krıma Siemens şirkətinin qaz turbinlərinin çatdırılmasına cəlb olunmuş şirkətlər də daxil edilib.

Cümə günü elan edilmiş sanksiyalar siyahısının bazar ertəsi açıqlanacaq hesabatla əlaqəsi olmadığı bildirilir.

“Bu günkü addım Maliyyə nazirliyinin Rusiyaya qarşı sanksiyalar vasitəsilə təzyiqlər haqda öhdəliyinin bir hissəsidir. Bu ölçülər ABŞ hökumətinin Rusiyanın Krımın işğalına etirazını və yarımadanın ilhaqını tanımaqdan qəti imtina etməsini vurğulamaq mahiyyəti daşıyır”, Maliyyə nazirliyinin bəyanatında bidirilir.

Sanksiyalar siyahısına adı əlavə edilmiş şəxslərdən biri Rusiyanın energetika nazirinin müavini Andrey Çerezovdur. Keçən il Krıma turbinlərin çatdırılmasında rolu ilə əlaqədar olaraq ona qarşı Avropa İttifaqı tərəfindən sanksiyalar tətbiq edilib.

Siyahıya Rusiyanın Texnopromeksport şirkətinin rəhbəri Sergey Topor-Gulka və neft istehsalçısı olan Surqutneftqaz şirkətinin bir neçə filialı əlavə edilib.

Texnopromeksport şirkətinin də daxil olduğu və ABŞ-ın sanksiyaları altında olan Rostex şirkətinin sözçüsü bildirib ki, şirkət ABŞ-ın beynəlxalq münasibətlərdə əsas vasitəsinin dialoq deyil, təzyiq olduğuna təəssüf edir.

XS
SM
MD
LG