Accessibility links

ABŞ qanunvericiləri Amerikanın Suriyada böhranın həllində rolunu nəzərdən keçirir


Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın münaqişəyə müdaxilə edib-etməməsi və bunun mümkün nəticələri müzakirə edilib

Suriyada döyüşlər gedən zaman ABŞ qanunvericiləri Birləşmiş Ştatların Əsəd rejiminin hakimiyyətdən getməsi prosesini sürətləndirmək üçün görə biləcəyi və etməli olduğu işləri müzakirə edib.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində müzakirələr zamanı qanunvericilər Suriyada son durumu dəyərləndiriblər.

Komitənin sədri Con Kerri Yaxın Şərqdə vəziyyətin getdikcə mürəkkəbləşdiyini bildirib. O, Amerikanın Suriyada baş verən proseslərdə rolu ilə bağlı fikrini söyləyib. “Biz öz xalqına qarşı hərbi qüvvədən istifadə edilməsinə qarşısında mövqesiz və ya fəaliyyətsiz qala bilmərik”-deyə senator Kerri bildib.

Bununla belə, Amerika senatoru ABŞ-ın Suriyaya hərbi müdaxiləsinə dəstək bildirməyib. Lakin digər qanunvericilər ABŞ-ın keçən il Liviyada NATO-nun kampaniyası Suriya hərbi hava kampaniyaya başçılıq etməsini istəyir.

Vaşinqtonda RAND korporasiyasında təhlilçi Ceyms Dobbins deyir ki, Suriyada üsyançılara adekvat yardım göstəriləməmsi Birləşmiş Ştatlar üçün risklər nəticələnə bilər. “Suriyada güclənən rəhbərliyin Əl-Qaidənin onlara Birləşmiş Ştatlardan daha artıq kömək etdiyinə dair nəticəyə gəlməsi böyük yanlışlıq oalrdı”-deyə təhlilçi bildirir.

Lakin respublikaçı senator Riçard Luqar müdaxiləyə tələsməyin də səhv ola biləcəyini deyir. “Bizim böhranın nəticələrini qabaqcadan təxmin etmək qabiliyyətimiz məhdurur. Suriyaya hərbi müdaxilə ilə bağlı ssenarilər tamamilə gözləmədiyimiz nəticələr kimi risklərə malikdir. Biz Birləşmiş Ştatların Suriyada çox baha başa gələcək hərbi müdaxilə kimi addımlarına skeptik baxmalıyıq”-deyə senator Luqar bildirib.

ABŞ Dövlət katibinin keçmiş yardımçısı Martin İnduk bədbin proqnoz verir. Onun sözlərinə görə, işlər qaydasında düşməzdən əvvəl daha da pisləşə bilər və insan tələfatının artacağını gözləmək olar.

BMT-nin Suriya üzrə sözçüsü Əsəd əleyhdarı qüvvələrin tanklar və ağır silahlardan istifadə etdiyini bildirib. Bu isə döyüş zonalarında olan insanların daha da təhlükəli vəziyyətə düşməsinə gətirib çıxara bilər.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG