Accessibility links

ABŞ Suriya kürdlərini silahlandırır


Suriya Demokratik Qüvvələrinin (SDF) döyüşçüsü, Tabqa şəhəri, 30 aprel 2017

Prezident Donald Tramp Pentaqona Suriya Demokratik Qüvvələrinin (SDF) tərkibindəki kürd döyüşçülərin silahlandırılmasına dair göstəriş verib. Bu addım Birləşmiş Ştatlarla NATO üzrə müttəfiq olan Türkiyə arasında münasibətlərdə gərginliyə yol açır.

Pentaqonun sözşüsü Dana Uayt (Dana White) çərşənbə axşamı bildirib ki, SDF döyüşçülərinin yarısını təşkil edən kürdlər Suriyada Raqqada İslam Dövləti qrupu üzərində "qələbəni təmin etmək üçün lazımi şəkildə" silahlandırılacaqlar.

"SDF ABŞ və koalisiya qüvvələrinin dəstəyi ilə yaxın zamanda Raqqada quruda müvəffəq hücum keçirə biləcək yeganə qüvvədir", deyə o bildirib.

Müdafiə naziri Cim Mattis və Türkiyənin müdafiə naziri Fikri İşık Pentqonda görüş zamanı, 13aprel, 2017
Müdafiə naziri Cim Mattis və Türkiyənin müdafiə naziri Fikri İşık Pentqonda görüş zamanı, 13aprel, 2017

Ankara Vaşinqtonun İslam Dövləti qrupuna qarşı mübarizədə Suriya kürdləri ilə tərəfdaşlıq etməsinə qarşı çıxır. Türkiyə SDF qrupunda Suriya kürdlərinin YPG adı ilə tanınan hərbi birləşməsini fəaliyyəti qadağan olunmuş PKK ilə əlaqəsi olan terrorçu qrup hesab edir. Kürdüstan Fəhlə partiyası-PKK illərdir Türkiyədə silahlı mübarizə aparan terrorçu qrupdur.

SDF ABŞ və koalisiya qüvvələrinin dəstəyi ilə yaxın zamanda Raqqada quruda müvəffəq hücum keçirə biləcək yeganə qüvvədir
Dana Uayt

Dana Uayt deyib ki, Pentaqon Türkiyənin təhlükəsizliyə dair narahatlıqlarından xəbərdardır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar "əlavə təhlükəsizlik risklərinin qarşısını almaq və NATO müttəfiqini müdafiə etmək" işinə sadiq qalır.

ABŞ-ın addımı ilə Birləşmiş Ştatlar bütünlüklə Suriya Demokratik Qüvvələri, Suriya kürdləri (YPG) və Suriya Ərəb Koalisiyasını dəstəklə təmin edir. Amerika hərbi qüvvələri bu qrupları aylardır dəstəkləyir.

Pentaqon bildirib ki, Müdafiə naziri Cim Mattis və Türkiyənin müdafiə naziri Fikri İşık arasında telefon söhbəti zamanı onlar İraq və Suriyada sülh və sabitliyə dəstək verdiklərini bir daha ifadə ediblər.

XS
SM
MD
LG