Accessibility links

Vaşinqtonda veteranların şərəfinə böyük konsert keçirilir


ABŞ-da hər il qeyd olunan Veteranlar Günü bayramı şərəfinə paytaxt Vaşinqtonda böyük konsert təşkil olunub.

Vaşinqtonun “National Mall” adlanan milli parkında Kapitoliya binasının önündə keçiriləcək “Cəsarət üçün kosert”-də 800 mindən artıq insanın iştirak edəcəyi gözlənilir. Konsertdə rock’n roll əfsanəsi Brüs Sprinqstin, blues ifaçısı Rihanna, country ulduzu Kerri Andervud və ağır metal qrupu Metallica daxil olmaqla bir neçə məşhur ifaçı və qrup səhnəyə çıxacaq.

Təşkilatçılar bu konsert vasitəsilə insanların hərbi xidmətdən dönən veteranlara yardım edən təşkilatlar haqqında maarifləndirəcəyinə ümid edirlər.

Vetaranlar günü 1918-ci ilin noyabrın 11-də Fransada Versalda Birinci Dünya Müharibəsinin sona çatmasına yol açan sazişin imzalanmasının şərəfinə ilk dəfə ABŞ-da 1919-cu ildə Sülh günü kimi qeyd edilib.

XS
SM
MD
LG