Accessibility links

ABŞ-da anadangəlmə vətəndaşlığa müxalifət [Video]


ABŞ-da anadangəlmə vətəndaşlığa müxalifət
please wait

No media source currently available

0:00 0:02:44 0:00

ABŞ-da anadangəlmə vətəndaşlığa müxalifət

Donald Tramp və texaslı senator Ted Kruz daxil olmaqla prezidentliyə bəzi respublikaçı namizədlər anadangəlmə vətəndaşlığı ləğv etmək istədiklərini deyiblər.

ABŞ konstitusiyasına 14-cü düzəliş ABŞ torpağında doğulan hər bir kəsi Amerika vətəndaşlığı ilə təmin edir. Bu, "doğum turizmi" kimi tanınan səfərlərə yol açıb. Yəni bütün dünyadan hamilə qadınlar uşaqlarının Amerika vətəndaşı ola bilməsi üçün övladlarını dünyaya gətirmək məqsədilə Amerikaya gəlir. Məsələ bu il ABŞ prezident seçki kampaniyasının mövzusu olub və bəziləri 14-cü düzəlişin dəyişməsini təklif edir.

Xarici turistlərin uşaqları ABŞ-da dünyaya gəlirsə, onda qanuna müvafiq olaraq onlar ABŞ vətəndaşı olurlar

Oktyabr ayının əvvəlində tayvanlı bir qadın Tayvan- Los Anceles reysi ilə uçuş zamanı övladını dünyaya gətirib. Təyyarə artıq ABŞ-ın hava hövzəsində olduğu üçün, körpəyə ABŞ vətəndaşlığı verilib. Amma qadın Tayvana deportasiya olunub və övladını ABŞ torpağında dünyaya qətirmək məqsədilə hamiləliyi barədə yalan danışmaqda ittiham olunur.

O, ABŞ-a daxil olmaq üçün hamiləliyi haqda yalan danışan yeganə qadın deyil.

Martda federal agentlər cənubi Kaliforniyada analıq turizmi ilə məşğul olduğu, bir sözlə, Birləşmiş Ştatalarda övlad dünyaya gətirmək istəyən xarici qadınları səfər xidmətləri ilə təmin etdiyi güman edilən 20 yerdə reyd keçirib.

Analıq mehmanxanaları adlanan bu yerlər əsasən 15-50 min dollar məbləği ödəyən çinli qadınlara xidmət göstərib.

14-cü düzəlişdən bir hissə
14-cü düzəlişdən bir hissə

Müstəntiqlər cinayət əməlləri ilə bağlı araşdırmaya davam edərəkən bu qadınların dünyaya gətirəcəyi hər bir uşağın ABŞ vətəndaşı olacağı gözlənilir.

“Anadangəlmə vətəndaşlıq ABŞ-da doğulan və ABŞ qanunlarına tabe olan hər bir kəsə aiddir, yəni Amerika qanunlarına riayət etməsi tələb olunan hər kəsə."

Vəkil Ceyms Ho bəzi istisnaların olduğunu deyir. Məsələn, bunlara xarici diplomatların uşaqları daxildir. Amma onun sözlərinə görə, qanun xarici turistlərə aiddir.

“Xarici turistlərin uşaqları ABŞ-da dünyaya gəlirsə, onda qanuna müvafiq olaraq onlar ABŞ vətəndaşı olurlar.”

Amma hüquq professoru Con İstman qanunun səhv interpretasiya olunduğuna inanır.

Onun sözlərinə görə, qanundakı əsas söz “ABŞ yurisdiksiyasına tabe”dir.

“Yəni sən burada qanunsuz yaşayırsansa, 14-cü düzəlişin təmin etdiyi vətəndaşlıq hüququ avtomatik olaraq sənə şamil olunmur.”

Anadangəlmə vətəndaşlıq ABŞ-da doğulan və ABŞ qanunlarına tabe olan hər bir kəsə aiddir, yəni Amerika qanunlarına riayət etməsi tələb olunan hər kəsə

Amma o deyir ki, qısa müqddətli ziyarətçilər olaraq Amerikaya uşaq dünyaya gətirmək məqsədilə gələn xarici qadınların, nə də onların övladlarının ABŞ-a heç bir sədaqət borcu yoxdur.”

“Onların valideyinlərinin ölkələrinə sədaqət borcu var. Bu doğum turizminin yaranmasına səbəb elə anadangəlmə vətəndaşlıqla bağlı anlaşılmazlıqdır.”

Donald Tramp və texaslı senator Ted Kruz daxil olmaqla prezidentliyə bəzi respublikaçı namizədlər anadangəlmə vətəndaşlığı ləğv etmək istədiklərini deyiblər.

Bunun üçün isə, konstitusiyaya dəyişiklik olunmalıdır ki, bu da uzun və çətin bir prosesdir və belə bir dəyişikliyin yaxın gələcəkdə baş vermə ehitmalı da çox aşağıdır.

XS
SM
MD
LG