Accessibility links

ABŞ-da ikidilli təhsilə maraq artır [Video]


ABŞ-da ikidilli təhsilə maraq artır
please wait

No media source currently available

0:00 0:03:22 0:00

ABŞ-da ikidilli təhsilə maraq artır

Yeni araşdırmaya əsasən ikidilli olmaq zehni qabiliyyəti artırır

ABŞ-da bir çox müəllim valideyinlərin iki və ya çoxdilli təhsilə artan təlabatlarını müşahidə edir. Bu artan trendə cavab olaraq həm dövlət həm də özəl məktəblər şagirdlərə daha çox imkanlar verirlər. ABŞ-ın Los Anceles dövlət məktəbi şəbəkəsi bir neçə dildə təhsil proqramları təklif edir.

Bu ibtidai sinif şagirdləri qeyri-ənəvəvi məktəbdə oxuyurlar. Bütün dərslər həm inglis həm də ispan dilində keçir. Bu amil öz növbəsində şagirdləri ənənəvi ingilis dilli məktəblərində oxuyan şagirdlərdən önə çəkir, deyə direktor Alfredo Ortiz bildirir.

Lakin 3-cü, 4-cü, 5-ci sinifə getdikdə iki dildə tədris olunan proqramlarda oxuyan uşaqlar təkcə ingilis dili proqramında oxuyan şagirdləri geridə qoyurlar

“İlk mərhələlərdə şagirdlər hazır olmaya bilərlər. Lakin 3-cü, 4-cü, 5-ci sinifə getdikdə iki dildə tədris olunan proqramlarda oxuyan uşaqlar təkcə ingilis dili proqramında oxuyan şagirdləri geridə qoyurlar.”

26 il əvvəl Grand View Boulevard İbtidai məktəb tədrisə ilk başlayandan bəri Los Ancelesdə digər dil-təmayüllü proqramlar başladıb. Bunların sırasına Broadway ibtidai məktəbindəki Çin dili dərsi daxildir. Həm Çin həm də ispan dili təmayüllü proqramlar artıb. Susan Uanq Broadway məktəbinin direktorudur.

Son 10 ildə, mahaldakı ikidilli məktəb proqramlarının sayı dörd dəfə artıb.

Internet jurnalı French Morning Los Anjelesdə ikidilli təhsil yarmarkası təşkil edib. Emmanuel Saint-Martin deyir ki, bir çox mühacir qlobal iqtisadiyyatla bağlı məlumatlanmaqla yanaşı artıq düşüncələrini də dəyişiblər.

“Bir neçə il öncə onlar uşaqlarının təkcə ingilis dilində danışmaqlarını istəyirdilər. Onlar çox inteqrasiya olmaq istəyirdilər. İndi isə bu valideyinlər bilir ki, ölkəyə inteqrasiya olub, təmiz igilis dilində danışıb, eyni zamanda öz ana dilini də qoruyub saxlaya bilərsən.”

Vandan və Moises Gomez qızlarının nənə-babası ilə danışa bilməsini istəyirlər. Amma onlar deyir ki, övladlarının ikinci dili bilmələrini təkcə buna görə istəmirlər.

Biz çoxdilli təhsil tərtib edirik ki, uşaqlar burada yalnız bir xarici dil öyrənməsinlər. Biz iki, üç, dörd dil öyrədirik, bəzi şagirdlər isə hətta beş dildə danışa bilir

Yeni araşdırmaya əsasən ikidilli olmaq zehni qabiliyyəti artırır. Digər araşdırmalar isə birdən çox dildə danışmaq bacarığının Alzaymer xəstəliyini yubada biləcəyini göstərir.

Bəzi valideyinlər uşaqlarını bu cür məşğələlərə məktəbəqədər hazırlıq kurslarında yazdırırlar, deyə WorldSpeak Çoxdilli Məktəbin müəllimi Anjelika Puintseva bildirir.

“Biz çoxdilli təhsil tərtib edirik ki, uşaqlar burada yalnız bir xarici dil öyrənməsinlər. Biz iki, üç, dörd dil öyrədirik, bəzi şagirdlər isə hətta beş dildə danışa bilir.”

Bir çox müəllim əsas məqsədin proqramı 1-12 sinif şagirdləri üçün hazırlamaqdır ki, şagirdlər məktəbi dünya vətəndaşı olaraq bitirsinlər.

XS
SM
MD
LG