Accessibility links

Yeni ilin gəlişi ABŞ-da kəskin soyuqlarla müşayiət olunur [Video]


Yeni ilin gəlişi ABŞ-da kəskin soyuqlarla müşayiət olunur
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Yeni ilin gəlişi ABŞ-da kəskin soyuqlarla müşayiət olunur

Büllur top yeni il gecəsi Nyu-Yorkun Taymz meydanına endirilmək üçün tam hazır vəziyyətə gətirilib. Lakin 110 illik ənənəyə şahid olmaq və tanınmış ulduzların iştirak edəcəyi açıq hava konsertini izləmək istəyənlər bir neçə saat boyunca şaxtalı havada gözləməyi nəzərə almalıdırlar. Mənfi temperaturlu hava və qar artıq 20 mərkəzi və şimal-şərqi ştatları öz cənginə alıb.

Bir metr yarım qarla örtülmüş Pensilvaniyanın Erie şəhərində qar yağmaqda hələ də davam edir.

Şaxtalı hava şəraiti və bayram tətilinə görə səyahət edənlər yol təmizləyənlərin işini xeyli çətinləşdirib

Fövqəladə hallar xidməti və sığınacaqlar isə evsizləri və çöldə qalmağa məcbur olan digər insanları toplamaq üçün xüsusi avtomobillər ayırıb.

Yeni il gecəsi ölkənin mərkəzi ştatlarından Cənubi Karolinaya qədər havanın temperaturunun normaldan 10 dərəcə aşağı olacağı gözlənilir. Bunların arasında Çikaqo, St. Louis, Nyu -York, Vaşinqton və Atlanta kimi böyük şəhərlər də var.

Soyuq hava şəraitinin 2018-ci ilin ilk həftəsinin sonuna qədər davam edəcəyi gözlənilir. Meksika körfəzindən gələn isti hava axınları ilə soyuq havanın toqquşması səbəbindən ölkənin cənubunda yerləşən sahil ştatlarının bəzilərində fırtınalar baş verəcəyi ehtimal olunur.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG