Accessibility links

ABŞ-ın növbəti dövlət katibini həm ölkə daxilində, həm xaricdə böyük çətinliklər gözləyir [Video]


ABŞ-ın növbəti dövlət katibini həm ölkə daxilində, həm xaricdə böyük çətinliklər gözləyir
please wait

No media source currently available

0:00 0:01:50 0:00

Prezidentliyə yeni seçilmiş Donald Tramp növbəti dövlət katibi vəzifəsi ilə bağlı qərar verməyə hazırlaşdığı bir vaxt, ekspertlər deyir ki, kim seçilsə onu qarşıda Amerikaya xaricdə etibarın bərpa edilməsi kimi çətin bir vəzifə gözləyir. Ekspertlər həmçinin ABŞ-ın digər ölkələrlə münasibətlərində xarici siyasət kursunda böyük dəyişiliklərinin olacağını gözləyir.

Dövlət katibi hər zaman prezidentin siyasi kursuna müvafiq hərəkət edir. Ona görə də, hətta qanun və ənənəyə əsasən, dövlət katibi müstəqil bir dövlət xadimi deyil, prezidentin nümayəndəsi hesab olunur.
Çarlz Stivenson

Yaxın Şərqdə zorakılıqların artması və humanitar böhranın dərinləşməsi, eyni zamanda, Rusiya və Çinin iddiaları Amerikanın milli maraqlarına təhlükə yaratmağa davam etdiyi üçün növbəti dövlət katibi bir çox qlobal çətinliklə sınaqlarla qarşılaşacaq.

“Fikrimcə, dövlət katibi qlobal düşünməli, dünyanın bütün yerləri, fərqli problemlər, Amerika dəyərlərinə təəhhüd barədə narahat olmalıdır. Mənim üçün bu dəyərlər yaxşı idarəçilik, anti-korrupsiya, insan haqlarına dəstək kimi universal dəyərlərdir. Dövlət katibi həmçinin Amerikanın dünyada lider olduğunu və bizim öhdəçiliyimizin çox vacib olduğunu dərk etməlidir”, deyə demokrt senator Ben Kardin bildirir.

Bundan əlavə ABŞ-ın ən yüksək vəzifəli diplomatı həmçinin ölkə daxilində doğan tələbləri də ünvanlamalıdır.

“Dövlət katibi hər zaman prezidentin siyasi kursuna müvafiq hərəkət edir. Ona görə də, hətta qanun və ənənəyə əsasən, dövlət katibi müstəqil bir dövlət xadimi deyil, prezidentin nümayəndəsi hesab olunur", deyə Cons Hopkins Universitetindən Çarlz Stivenson bildirir.

Xarici siyasətdə böyük dəyişikliklərin olacağı gözlənilir. Region üzrə bəzi mütəxəssislər təhrikçi Şimali Koreyanın yaratdığı təhlükələri ünvanlamaq üçün fərqli bir yanaşma tövsiyə edirlər.

Donald Tramp və Mayk Pens
Donald Tramp və Mayk Pens

“Şimali Koreya Demokratik Respublikası ilə pərdəarxası əlaqələlər yaratmağa cəhd göstərilməlidir. Ən azından vəziyətin nə yerdə olduğunu anlayıb, danışıqlara başlatmaq üçün, çünki düşmən olduğunuz ölkələrlə heç bir münasibətiniz olmadığında, beynəlxaq əlaqələrdə problemlər üzərində işləmək çətin olur," The National Interest jurnalından Harri Kazianis deyir.

ABŞ-ın növbəti prezidenti Donald Tramp Amerikanın maraqlarını önə çəkməyi vəd etsə də təhlilçilər deyir ki, növbəti dövlət katibi ənənəvi müttəfiqlərini Vaşinqtonun əsas məsələlərdə öhdəliyə sadiq qaldığına inandırmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG