Birləşmiş Ştatlar altı müsəlman ölkəsindən vizaya müraciət edən insanların ölkəyə daxil ola bilmələri üçün ABŞ-da fəaliyyət göstərən bizneslə əlaqələrinin və ya burada yaşayan ailə üzvlərinin olmasını tələb edən yeni qaydalar qəbul edəcək.
Bu, ABŞ Ali Məhkəməsi prezident Donald Trampın səyahət qadağasının bəzi hissələrini bərpa etməsindən bir neçə gün sonraya təsadüf edir.
Hakimlər qəbul edilə bilən əlaqələrin nə olduğuna və ya bu qərara əsasən səhayət qadağasından kimin azad olunduğuna dair hər hansı bir açıqlama verməyib.
Çərşənbə axşamı Associated Press və Reuters-in əlinə keçən Dövlət Departamenti sənədində səfirlik rəsmilərinə İran, Sudan, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarına vizanın verilməsi ilə bağlı göstərişlər verilir.
Qəbul edilən qohumlara valideyinlər, həyat yoldaşı, yetişkin oğul və ya qız, gəlin və ya kürəkən, bacı və qardaş daxildir.
Associated Press bildirib ki, yeni qanunlar Vaşinqton saatı ilə cümə axşamı saat 8-də qüvvəyə minəcək.
Tələblərə cavab verməyən qohumlar sırasına nənə, baba, nəvə, xala, dayı, əmi və bibilər daxildir.
Qəbul edilə bilən biznes əlaqəsi “rəsmi və sənədləşdirilmiş” olmalıdır və qanun qadağasından yan keçmək üçün istifadə edilməməlidir.
Bəzi ABŞ immiqrasiya vəkilləri deyir ki, onların bu altı ölkədən olan müştərilərinin coxu hələ də qeyri-müəyyənlik içindədir. Bir neçə vəkil beynəlxalq hava limanlarında insanları yardımla təmin edəcəklərini deyir.