Accessibility links

ABŞ avropalı həmkarları ilə İran nüvə razılığını müzakirə edir


Birləşmiş Ştatlar deyir ki, onlar ötən həftə avropalı tərəfdaşları ilə İran nüvə razılığı ilə bağlı konstruktiv danışıqlar aparıb, lakin danışıqların nəticə verməmək və prezident Donlad Trampın razılıqdan geri çəkilməyə qərar vermək ehtimalı olduğu üçün ikinci plan hazırlayıb.

ABŞ-ın baş vasitəçisi Brayan Huk çərşənbə günü müxbirlərə ABŞ-ın Britaniya, Fransa və Almaniya ilə Trampın İran nüvə razılığın çatışmazlıqlarını ünvanlayacaq əlavə razılıqla bağlı danışıqların may ayı son möhlətədək başa çatıb-çatmayacağından əmin olmadığını deyib.

Tramp administrasiyası mayın 12-dək Tehrana qarşı sanksiyaları davam etdirib-etdirməyəcəyinə qərar verməlidir.

İranlı nümayəndələr ABŞ-ın razılıqdan geri çəkiləcəyinə dair xəbərdarlığının investorları qorxutduğunu və İran iqtisadiyyatına ziyan vurduğunu deyir.

XS
SM
MD
LG